UEFA 2020/2021 mövsümündə avrokuboklarda gəlirlərin klublar arasında bölüşdürülməsi cədvəlini açıqlayıb.
Qol.az qurumun saytına istinadən xəbər verir ki, bu mövsüm Çempionlar Liqası və Avropa Liqasının mükafat fondu 1,95 milyard avro təşkil edəcək.
Bildirilib ki, Çempionlar Liqasında qrup mərhələsinə vəsiqə qazanan 32 klubun hər biri 15,25 milyon avro qazanacaq. 1/8 finala yüksələn komandaya daha 9,5 milyon avro ödəniş ediləcək. 1/4 finalın iştirakçıları 10,5, yarımfinala adlayanlar 12 milyon avro əldə edəcək. Finala çıxmağın mükafatı 15 milyon avrodur. Turnirin qalibi isə əlavə 4 milyon avronun sahibi olacaq.
Qrup mərhələsindəki qələbə üçün 2,7 milyon avro, heç-heçə üçün 0,9 milyon avrə ödəniləcək.
Avropa Liqasının qrup mərhələsinin iştirakçılarına isə ümumilikdə 560 milyon avro ayrılacaq. Qrupda iştiraka görə hər kluba 2,92 milyon avro ödəniş ediləcək. Pley-off mərhələsinin və finalın mükafat bölgüsü isə bu cürdür: 1/16 final - 500 000 avro, 1/8 final - 1,1 milyon avro, 1/4 final - 1,5 milyon avro, yarımfinal - 2,4 milyon avro, final - 4,5 milyon avro. Avropa Liqasını qazanan komanda əlavə 4 milyon avro qazanacaq.
Qrup mərhələsində qələbə üçün 570 min avro, heç-heçəyə görə 190 min avro ödəniləcək. Hər qrup qalibi 1 milyon avro qazanacaq. İkinci sırada olacaq komandaya 500 min avro veriləcək.
Qeyd edək ki, bu mövsüm Azərbaycanı Avropa Liqasının qrup mərhələsində "Qarabağ" təmsil edəcək. I qrupunda yer alan Ağdam təmsilçisi pley-offa vəsiqə uğrunda İspaniyanın "Vilyarreal", İsrailin "Makkabi" (Tel-Əviv) və Türkiyənin "Sivasspor" komandaları ilə mübarizə aparacaq.
Enrike, Arteta...
Messi bu oyunu buraxacaq
Bundesliqada hamını geridə qoydu
Millinin qapıçısından Şahruddinə xüsusi hədiyyə - Şəkil
Hakimi qazandığı kuboklarla zirvəyə yüksəldi
Arda Güler yenə fərqlənməyi bacardı
"Dua edirdim ki, ciddi bir şey olmasın"
"Bayer" baş məşqçi böhranı ilə üzləşir
Konate "Liverpul"dan getdi
Əlcəzairin DÇ-2026 heyətində kimlər var?
ÇL-də həftənin rəmzi komandası açıqlandı
Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu bilindi
Uruqvay millisinin DÇ-2026 üçün heyəti açıqlandı
"Neftçi"dən təklif alanda çox sevindim" - İqor Ribeyro