"Qarabağ"ın rəqibindən növbəti transfer

"Qarabağ"ın rəqibindən növbəti transfer
XƏBƏR 7 Oktyabr 2020 / 13:58 2293
-  A +

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan İsrailin “Makkabi” klubu növbəti transferini həyata keçirib.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Təl-Əviv təmsilçisi “Bidvest Uits”dən (Cənubi Afrika Respublikası) Rouen Hümanı transfer edib. 19 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, “Qarabağ” qrup mərhələsində ilk oyununu oktyabrın 22-də səfərdə  “Makkabi”yə qarşı keçirəcək.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner