"Bir neçə günə 3 oyun keçirəcəyik. Bu matçlar bizim üçün daha çətin olacaq. Hər üç görüşə hazır olmaq üçün əlimizdən gələni edəcəyik".
Qol.az xəbər verir ki, bu sözləri Kipr millisinin baş məşqçisi Yohan Valem Çexiya ilə yoldaşlıq oyunu, Millətlər Liqasında Lüksemburq və Azərbaycan yığmaları ilə keçiriləcək matçlar barədə danışarkən deyib.
O, komandaya 8 yeni futbolçu çağırıldığını və bunun müsbət hal olduğunu bildirib: "Növbəti dəfə daha çox yeni oyunçu görmək istəyirəm. Yığmaya gəldiyim ilk gündən 30 futbolçudan ibarət kollektivə sahib olmaq istədiyimi deyirəm".
Valem sabah Çexiya kimi güclü komandaya qarşı oynayacaqlarını söyləyib. Baş məşqçi Millətlər Liqasının ilk iki turunda Monteneqroya 0:2, Azərbaycana isə 0:1 hesabı ilə uduzduqları görüşlər barədə də danışıb: "Oyunları təhlil etdim, bəzi səhvlər var idi. Amma müsbət məqamları da gördük. Nəzərə almalıyıq ki, komandada çox şeyi dəyişmişik. Futbolçular, texniki heyət, düşüncə və oyun tərzi dəyişib. Bütün bunlar çox rol oynayır. Hər şeydən əvvəl komandanın inkişaf etdiyini görmək istəyirəm".
Qeyd edək ki, Kipr yığması oktyabrın 7-də Çexiyanı qəbul edəcək. Komanda bundan 3 gün sonra Lüksemburqun qonağı olacaq. Kiprlilər oktyabrın 13-də isə Albaniyada Azərbaycan millisi ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Leau zəddəsini sağaltdı
Kadidən 40-cı qol
“Zirə”nin 25-ci qələbəsi
"Qarabağ" - "Sabah" oyunundakı qollar - Video
"Zirə" Azərbaycan çempionu oldu
"Zirə" "Turan Tovuz"u belə məğlub etdi - Video
İllərdir futbolumuzda belə anşlaq olmurdu - Video
"Finala çıxdığımızı düşünmürəm" - Rəşad Sadıqov
"Şəfa" büdrədi, "Şahdağ Qusar" qalib gəldi
“Haqqımız Əliyar Ağayevin haramı olsun” - Video
Luçeskunun durumu açıqlandı
Qattuzo istefaya göndərilməsindən danışdı
"Qarabağ" - "Sabah": Heyətlər
"Baku Open" şahmat festivalı keçiriləcək
Messinin DÇ-2026-da iştirakı sual altındadır
Premyer Liqanın ən yaxşı oyunçusu seçildi
Qattuzo istefaya göndərildi
"Turan Tovuz" - "Zirə": Heyətlər
Arteta İngiltərədə ən yaxşı məşqçi seçildi