21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Fərid Nəbiyev Avropa çempionatının seçmə oyunlarına hazırlaşan komandanın toplanışında iştirak edə bilməyəcək.
Qol.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, səbəb Çexiyanın “Viktoriya Jijkov” klubunda çıxış edən yarımmüdafiəçinin koronavirusa yoluxmasıdır. Nəbiyevdən klubun düşərgəsində götürülmüş COVID-19 testi müsbət çıxıb. Bu səbəbdən, gənc oyunçu Çexiyadan Slovakiyaya yollanmayıb.
Nəbiyev milli komandaya bu gün Slovakiyada qoşulmalı idi.
Azərbaycanlı futbolçu ilə yanaşı "Viktoriya Jijkov" klubunun fiziki hazırlıq üzrə məşqçisi Karel Frid və adı açıqlanmayan daha bir futbolçuda da infeksiya aşkarlanıb. Bu barədə yerli "expres.cz" saytına açıqlamasında K.Fridin özü məlumat verib. O bildirib ki, əvvəlcə bir nəfərin testi müsbət çıxıb: "Şənbə günü növbəti dəfə bizdən analiz götürdülər və daha 2 nəfərin yoluxduğu məlum oldu. Halbuki, klubda hər gün dezinfeksiya işləri aparılır. Bütün təlimatlara əməl olunur. Toplar, stadion, otaqlar dezinfeksiya edilir".
Dad və qoxu bilmə hissini itirdiyini söyləyən Frid oktyabrın 13-dək karantində qalacaqlarını söyləyib.
Qeyd edək ki, U-21 millisi Slovakiya ilə oktyabrın 8-də Nitra şəhərində görüşməlidir. Oktyabrın 13-də isə yığma Qori şəhərində Gürcüstanın qonağı olacaq.
"Bavariya"ya Keyn şoku
“Bavariya”dan xal itkisi
Ronaldo 986-cı qolunu vurdu
Kandido 1:5-lik məğlubiyyətin səbəblərindən danışdı
Yeni rekord olacaq: Bütün biletlər satıldı!
"Sabah"dan darmadağın, "Zirə"dən xal itkisi
“Barselona” gənc futbolçusu ilə müqaviləni uzatdı
"Klublardan üzr istəyirəm" - Millimizin baş məşqçisi
Yevlaxda vurulan 4 qol - Video
Azərbaycan millisi İraqa qalib gəldi
Perkons “Zirə” ilə heç-heçəni şərh etdi
"Sumqayıt" - "Sabah": Heyətlər
Rəşad Sadıqov: “Qəribə hadisələr baş verir”
Mərkəzi oyunda qalib müəyyənləşmədi
Millətlər Liqasında 1/4 finalın püşkü atıldı
Azərbaycan millisi ərəblərlə qarşılaşacaq
"Real" Kurtua ilə müqaviləni uzatdı - Rəsmi
PSJ-də yeni müqavilələr olacaq
Azərbaycanın güləş millisi Gürcüstanda çempion oldu
"İmişli" - "Zirə": Heyətlər açıqlandı
Yayda "Liverpul"dan ayrılmaq istəyir
Qazaxıstanlı məşqçilər “Qarabağ”ın düşərgəsində
Satışa çıxarılan “Lester”lə bağlı yeni qərar
Dünən əsgər marşı, bu gün azarkeş nidası…
Premyer Liqanın yeni mövsümünün başlama tarixi açıqlandı
“Mançester Yunayted” 4 azarkeşini cəzalandırdı
MLS-in ən çox qazananları
Həm oyun nəticələri, həm maliyyə göstəriciləri pisləşir
Həftənin hakimləri açıqlandı
Xankəndidə vurulan qollar - Video
“Messiyə belə yox deyərdim”
38 ildən sonra doğma stadionuna qayıtdı
Bu gün Xankəndidə yaşananlar - Şəkillər
“Real”ın ən yaxşısı seçildi
Veteran futbolçu Xankəndi ilə bağlı xatirələrini bölüşdü
“Bu stadionda çox qollar vurmuşam” - Samir Ələkbərov
“Gələn mövsüm çempionluq üçün mübarizə aparacağıq” - Nəcəfov
Tarixi oyunda topa ilk toxunuşu şəhid övladı etdi - Şəkil