"Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Makkabi” (İsrail) daha bir transfer edib.
Qol.az klubun saytına istinadən xəbər verir ki, Təl Əviv təmsilçisi Luis Hernandesi heyətinı qatıb. İspan müdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb. Ötən mövsümü "Malaqa"da keçirən 31 yaşlı oyunçu "Makkabi"yə azad agent kimi keçib.
O, klubun saytına transferi ilə bağlı deyib: "Xuan Pablo Kollinas və Xose Rodriqesdən çox eşitdiyim bir klub olan "Makkabi"yə qoşulmağım üçün xoşbəxtəm. Avropa Liqasının qrup mərhələsini və titullar uğrunda mübarizə aparmağı səbirsizliklə gözləyirəm. Ümid edirəm ki, ən qısa zamanda "Makkabi azarkeşlərini stadionda görəcəyəm".
Qeyd edək ki, L.Hernandes "Real"ın akademiyasının yetirməsidir.
Xatırladaq ki, “Qarabağ” Avropa Liqasının İ qrupunda “Makkabi” ilə yanaşı, İspaniyanın “Vilyarreal” və Türkiyənin “Sivasspor” klubları ilə mübarizə aparacaq.
Enrike, Arteta...
Messi bu oyunu buraxacaq
Bundesliqada hamını geridə qoydu
Millinin qapıçısından Şahruddinə xüsusi hədiyyə - Şəkil
Hakimi qazandığı kuboklarla zirvəyə yüksəldi
Arda Güler yenə fərqlənməyi bacardı
"Dua edirdim ki, ciddi bir şey olmasın"
"Bayer" baş məşqçi böhranı ilə üzləşir
Konate "Liverpul"dan getdi
Əlcəzairin DÇ-2026 heyətində kimlər var?
ÇL-də həftənin rəmzi komandası açıqlandı
Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu bilindi