Qara Qarayevdən orduya maddi dəstək

Qara Qarayevdən orduya maddi dəstək
XƏBƏR 5 Oktyabr 2020 / 16:23 5976
-  A +

Millinin və “Qarabağ”ın üzvü Qara Qarayev Silahlı Qüvvələrə Yardım Fonduna yardım edib.

Qol.az-ın xəbərinə görə, 28 yaşlı futbolçu fonda 10 min manat köçürüb.

Qeyd edək ki, daha əvvəl “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov fonda 50 min, millimizin və "Qarabağ"ın kapitanı Maksim Medvedev isə 10 min manat pul köçürüb.

Əlavə edək ki, Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondu Prezident Heydər Əliyevin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fond Azərbaycan Silahlı Qüvvələrinin inkişafı və maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə formalaşıb.

 


Son xəbərlər
topaz banner