Millimizin üzvü növbəti oyuna çıxdı

Millimizin üzvü növbəti oyuna çıxdı
XƏBƏR 5 Oktyabr 2020 / 00:28 1094
-  A +

Ukrayna Premyer Liqasında 5-ci turun oyunları keçirilib.
 
Qol.az xəbər verir ki, millimizin müdafiəçisi Pavel Paşayevin çıxış etdiyi “Aleksandriya” bu turda səfərdə Donetsk “Olimpik”i ilə qarşılaşıb. Bu görüşdə qonaq komanda 2:3 hesabı ilə uduzub.
 
Paşayev də matçda iştirak edib. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
 
“Aleksandriya” 5 turdan sonra 6 xalla 14 komanda arasında 8-ci pillədə qərarlaşıb.

Son xəbərlər
04.04.26  14:17

Kadidən 40-cı qol

topaz banner