"Qarabağ"ın rəqibi "Atletiko" ilə heç-heçə etdi

"Qarabağ"ın rəqibi "Atletiko" ilə heç-heçə etdi
XƏBƏR 3 Oktyabr 2020 / 20:19 2604
-  A +

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Vilyarreal" La Liqada növbəti oyuna çıxıb.

Qol.az xəbər verir ki, Unay Emerinin baş məşqçisi olduğu komanda 5-ci turda "Atletiko"nun qonağı olub. Matç qolsuz bərabərliklə başa çatıb. Bu nəticədən sonra xalını 8-ə çatdıran "Vilyarreal" (5 oyun) turnir cədvəlində liderliyə yüksəlib. "Xetafe" (3 oyun) "Valensiya" (4 oyun), "Real" (3 oyun) 7 xalla  2-4-cü pillələri bölüşdürür.

Qeyd edək ki, “Vilyarreal”la “Qarabağ” arasında oyunlar oktyabrın 29-da Bakıda, dekabrın 10-da isə Vilyarrealda keçiriləcək.


Son xəbərlər
04.04.26  14:17

Kadidən 40-cı qol

topaz banner