"Axmaqlar onun kimi karyeraya sahib ola bilməz" - Venqer

"Axmaqlar onun kimi karyeraya sahib ola bilməz" - Venqer
XƏBƏR 3 Oktyabr 2020 / 16:20 3224
-  A +

“Arsenal”ın sabiq baş məşqçsi Arsen Venqer karyerası ərzində aldığı təkliflər haqda danışıb.

Qol.az “The Times”a istinadən xəbər verir ki, hazırda işsiz olan 70 yaşlı mütəxəssis vaxtilə  “Mançester Yunayted”i çalışdırmaq  fürsətinin olduğunu deyib:

“Hazırda “Mançester Yunayted”dən təklif yoxdur. Amma vaxtı ilə belə bir şey olduğunu təsdiqləyə bilərəm. Aleks Ferqyussonla bəzi mübahisələrimiz olub. o, çox ağıllıdır. Axmaqlar onun kimi karyeraya sahib ola bilməz.

Bir bneçə dəfə də PSJ-dən iş təklifi almışam”.

Qeyd edək ki, A.Venqer 1996-2018-ci illərdə “Arsenal”a baş məşqçilik edib.


Son xəbərlər
04.04.26  14:17

Kadidən 40-cı qol

topaz banner