"Qarabağ"ın oyunlarının təqvimi müəyyənləşdi - Avroliqa

"Qarabağ"ın oyunlarının təqvimi müəyyənləşdi - Avroliqa
XƏBƏR 3 Oktyabr 2020 / 02:35 11340
-  A +

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki oyunlarının təqvimi müəyyənləşib.

Qol.az qurumun saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi ilk oyununu oktyabrın 22-i səfərdə "Makkabi"yə (İsrail) qarşı keçirəcək. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda son görüşünü də səfərdə oynayacaq. Azərbaycan klubu qrupun son turunda "Vilyarreal"ın (İspaniya) qonağı olacaq.

22 oktyabr

23:00. "Makkabi" (Təl-Əviv, İsrail) - "Qarabağ"

29 oktyabr

21:55. "Qarabağ" - "Vilyarreal" (İspaniya)

5 noyabr

21:55. "Sivasspor" (Türkiyə) - "Qarabağ"

26 noyabr

21:55. "Qarabağ" - "Sivasspor"

3 dekabr

21:55. "Qarabağ" - "Makkabi"

10 dekabr

24:00. "Vilyarreal" - "Qarabağ"

 


Son xəbərlər
04.04.26  14:17

Kadidən 40-cı qol

topaz banner