"İlk dəqiqədən sona qədər "Qarabağ" bizdən üstün oldu"

"İlk dəqiqədən sona qədər "Qarabağ" bizdən üstün oldu"
XƏBƏR 2 Oktyabr 2020 / 12:10 3419
-  A +

“Bütün həftə bu matça hazırlaşmışdıq. Çox şeyi təhlil etdik. Yeni sistemlə oynamağa çalışdıq”.

Qol.az xəbər verir ki, bu sözləri “Legiya”nın futbolçusu Domaqoy Antoliç Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”a uduzduqları (0:3) oyundan sonra deyib.

Xorvatiyalı yarımmüdafiəçi klubun rəsmi saytına açıqlamasında “Qarabağ”ın onlardan aşkar üstün oynadığını etiraf edib: ”İlk dəqiqədən sona qədər “Qarabağ” bizdən üstün oldu. Onları bu qələbə münasibətilə təbrik etmək lazımdır. Şübhəsiz daha çox şansları var idi, bizdən daha sürətli idilər. Hamısını analiz etməliyik. Nəyi daha yaxşı edə bilərik, bunları müəyyənləşdirməliyik. Asan bir an deyil, ancaq irəliyə baxmalı və uğurlu yola qayıtmalıyıq”.

Son xəbərlər
04.04.26  14:17

Kadidən 40-cı qol

topaz banner