UEFA 19 yaşlı futbolçulardan ibarət yığma komandalar arasında keçirilməli olan Avropa çempionatının pley-off matçlarını 2021-ci ilədək təxirə salıb.
Qol.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu barədə İcraiyyə Komitəsi qərar verib. Belə ki, 2020-ci ilin oktyabr ayında baş tutmalı olan görüşlərin vaxtı 2021-ci ilin oktyabrına dəyişdirilib. UEFA bu cür oyunların azaldılması barədə qərar qəbul edib.
Beləliklə, 19 yaşlı futbolçulardan arasında Avropa çempionatının 13 mini-turnirdən ibarət seçmə mərhələ qarşılaşmaları 2021-ci ilin mart ayında keçiriləcək.
Bundan əlavə elit-raund mərhələsi 14 yığma komandanın iştirak edəcəyi və 2021-ci ilin may ayında baş tutacaq pley-off oyunları ilə əvəzlənib. Turnirin final mərhələsi öncədən planlaşdırıldığı kimi növbəti ilin iyul ayında Rumınyada keçiriləcək.
Həmçinin 17 yaşadək futbolçular arasında AVRO-2021-in keçirilməsində də dəyişiklik edilib. Yarışın seçmə mərhələ görüşləri mart ayının sonunadək oynanılacaq. Bildirilir ki, sözügedən çempionat da 13 mini-turnir formasında təçkil olunacaq. Turnirin elit-raund mərhhələsi ləğv edilib. 13 qrup qalibi və 2 seçilmiş komanda 2021-ci ilin mayında Kiprdə keçirilməsi nəzərdə tutulan final mərhələsinə vəsiqə əldə edəcək.
Qərarlar UEFA-nın quruma üzv olan 55 milli assosiasiya ilə məsləhətləşməsindən sonra qəbul olunub. Bu qərarlar federasiyaların əlavə əməliyyat və maliyyə yükünün azaldılması ilə əlaqədar atılıb.
U-17 (qızlar)
- Təsnifat mərhələsi 2021-ci il fevralın sonunda keçiriləcək (12 mini-turnir)
- Elit-raund ləğv olunur və play-off oyunları ilə əvəzlənir
- Play-off mərhələsi (14 komanda) 2021-ci il martın sonunda keçiriləcək
- Final turniri təqvimə uyğun olaraq (Farer adaları, may 2021-ci il)
U-19 (qızlar)
- Təsnifat mərhələsi 2021-ci il fevralında keçiriləcək (12 mini-turnir)
- Elit-raund ləğv olunur və play-off oyunları ilə əvəzlənir
- Play-off mərhələsi (14 komanda) 2021-ci il aprelində keçiriləcək
- Final turniri təqvimə uyğun olaraq (Belarus, iyul 2021-ci il)
UFC turniri Ağ Evdə!
"Hakimlərin maaşını düşünəndə adamın ürəyi ağrıyır"
"Çelsi"dən iddialı mövsüm hazırlığı - "Bizi ram etmək olmaz"
Azərbaycan klublarının yay transferləri - Yenilənir
İki “Qarabağ”lı ÇL-in ən yaxşıları arasında
Mundialın rekordçusu "Mançester Siti" oldu
"Qalatasaray"ın hücumçusuna göz dikdilər
Keyn yenidən "Barselona"nın hədəfində
"Heç kimi komandanın "beyni" adlandırmırıq" - Breno Almeyda
"Nyukasl" onları göndərdi
"Benfika"nın baş məşqçisi ola bilər
Klub onunla anlaşarsa, hər oyuna görə cərimə ödəyəcək
Ronaldonun 6-cı mundial hazırlığından - Video
Reqlament dəyişmədi, püşkün vaxtı dəqiqləşdi
İordaniya DÇ-2026 heyətini açıqladı
"10 nömrə" Bellinqemə həvalə olundu
"Sumqayıt"dan ayrılan futbolçu Qazaxıstan klubunda
“Ayaks”ın yeni baş məşqçisi müəyyənləşdi
Dante "Bavariya"da məşqçi təyin edildi
Domeniko Tedeskonun yeni klubu - Rəsmi
"Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
Milli Avstriya toplanışına başladı - Şəkillər
Cavid İmamverdiyevin yeni klubu müəyyənləşdi