"Hər iki komandaya uğurlar arzulayıram. "Şkendiya" və "Şkupi" oynadığım klublardır. Rəqiblər təxminən bizimlə eyni səviyyədədir. Onlar daha çox fiziki futbola üstünlük verirlər. Bu baxımdan texniki cəhətdən də daha güclüdürlər".
Qol.az "İnfosport" nəşrinə istinadən xəbər verir ki, bu sözləri Şimali Makedoniya təmsilçiləri "Şkendiya" və "Şkupi"nin sabiq futbolçusu Arcend Beqiri komandaların Avropa Liqasındakı rəqibləri barədə danışarkən deyib.
Kosovonun "Ferizay" klubunun sabiq baş məşqçisi bildirib ki, Şimali Makedoniya klublarının işi asan olmayacaq: "Azərbaycanda son 5-8 ildə futbola çox sərmayə qoyulub. Azərbaycan klubları infrastruktura görə də bizi qabaqlayırlar. Amma koronavirus səbəbindən mərhələlər bir oyundan ibarət olacaq. Buna görə komandalarımız üçün fərqli olacaq və daha çox taktiki mübarizə olacaq. Yaxşı hazırlaşan tərəf növbəti mərhələyə yüksələcək. Komandalarmızın keyfiyyətinə inanıram. Çünki kollektiv şəkildə mübarizə apara bilsələr, uğur qazana bilərlər. Müasir futbolda komanda oyunu önəmlidir. Ümid edirəm ki, bu baxımdan komandalar uğur qazanacaq".
Qeyd edək ki, "Şkendiya" "Sumqayıt"la, "Şkupi" isə "Neftçi" ilə üz-üzə gələcək. Hər iki qarşılaşma avqustun 27-də saat 20:00-da Bakıda keçiriləcək.
UFC turniri Ağ Evdə!
"Hakimlərin maaşını düşünəndə adamın ürəyi ağrıyır"
"Çelsi"dən iddialı mövsüm hazırlığı - "Bizi ram etmək olmaz"
Azərbaycan klublarının yay transferləri - Yenilənir
İki “Qarabağ”lı ÇL-in ən yaxşıları arasında
Mundialın rekordçusu "Mançester Siti" oldu
"Qalatasaray"ın hücumçusuna göz dikdilər
Keyn yenidən "Barselona"nın hədəfində
"Heç kimi komandanın "beyni" adlandırmırıq" - Breno Almeyda
"Nyukasl" onları göndərdi
"Benfika"nın baş məşqçisi ola bilər
Klub onunla anlaşarsa, hər oyuna görə cərimə ödəyəcək
Ronaldonun 6-cı mundial hazırlığından - Video
Reqlament dəyişmədi, püşkün vaxtı dəqiqləşdi
İordaniya DÇ-2026 heyətini açıqladı
"10 nömrə" Bellinqemə həvalə olundu
"Sumqayıt"dan ayrılan futbolçu Qazaxıstan klubunda
“Ayaks”ın yeni baş məşqçisi müəyyənləşdi
Dante "Bavariya"da məşqçi təyin edildi