"Keşlə"nin Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Laçi" ilə oyunu neytral zonada keçirilməsi ehtimalı var.
Qol.az xəbər verir ki, bu barədə Albaniyanın klubunun direktoru Naim Halili "Panorama" nəşrinə açıqlamasında deyib. O, koronavirusla bağlı Azərbaycana girişə məhdudiyyətlə əlaqədər ölkəmizdə oynayıb-oynamayacaqlarını hələ bilmədiklərini söyləyib: "Hələ də Azərbaycanda oynayacağımızı dəqiq bilmirik. Hər şey koronavirusla bağlı vəziyyətdən asılıdır. Kiprdə və ya İspaniyada oynaya bilərik. Yaxın günlərdə məkan dəqiqləşəcək və ondan sonra səfərlə bağlı qərar verəcəyik".
Klub rəsmisi "Keşlə" səddini keçəcəklərinə inandığını bildirib: "Bizim üçün adi oyun olacaq. Meydan amili matça təsir etməyəcək. Çünki görüş azarkeşsiz oynanılacaq. Düşünürəm ki, bu səbəbdən evdə və ya səfərdə oynamağın fərqi yoxdur. Azərbaycan təmsilçisinə qalib gələcək heyətimiz var. Komandamız yaxşı keyfiyyətlərə malikdir. Komandaya inanıram. Növbəti mərhələyə keçəcəyimizi düşünürəm.
N.Halili deyib ki, “Keşlə”ni az da olsa tanıyır: "İki il əvvəl Mladen Milinkoviç orada işləyirdi və bəzi matçlarını izləmişəm".
Qeyd edək ki, UEFA-nın püşkünə əsasən, "Keşlə" – "Laçi" oyunu avqustun 27-də Bakıda keçirilməlidir.
Xatırladaq ki, dörd klubumuzun da Avrokuboklarındakı bir oyundan ibarət matçları Azərbaycanda keçirilməlidir. Avroliqada oyunlar avqustun 27-də gerçəkləşəcək. Lakin mövcud qaydalara əsasən, bir şəhər eyni gündə turnirin iki oyununu qəbul edə bilməz. Ona görə də istisna deyil ki, komandalarımızdan birinin iştirakı ilə oyun ya digər şəhərdə keçirilsin, ya da başqa gün təşkil olunsun.
Olise də sıradan çıxdı
"Bavariya"ya Keyn şoku
“Bavariya”dan xal itkisi
Ronaldo 986-cı qolunu vurdu
Kandido 1:5-lik məğlubiyyətin səbəblərindən danışdı
Yeni rekord olacaq: Bütün biletlər satıldı!
"Sabah"dan darmadağın, "Zirə"dən xal itkisi
“Barselona” gənc futbolçusu ilə müqaviləni uzatdı
"Klublardan üzr istəyirəm" - Millimizin baş məşqçisi
Yevlaxda vurulan 4 qol - Video
Azərbaycan millisi İraqa qalib gəldi
Perkons “Zirə” ilə heç-heçəni şərh etdi
"Sumqayıt" - "Sabah": Heyətlər
Rəşad Sadıqov: “Qəribə hadisələr baş verir”
Mərkəzi oyunda qalib müəyyənləşmədi
Millətlər Liqasında 1/4 finalın püşkü atıldı
Azərbaycan millisi ərəblərlə qarşılaşacaq
"Real" Kurtua ilə müqaviləni uzatdı - Rəsmi
PSJ-də yeni müqavilələr olacaq
Azərbaycanın güləş millisi Gürcüstanda çempion oldu
"İmişli" - "Zirə": Heyətlər açıqlandı
Yayda "Liverpul"dan ayrılmaq istəyir
Qazaxıstanlı məşqçilər “Qarabağ”ın düşərgəsində
Satışa çıxarılan “Lester”lə bağlı yeni qərar
Dünən əsgər marşı, bu gün azarkeş nidası…
Premyer Liqanın yeni mövsümünün başlama tarixi açıqlandı
“Mançester Yunayted” 4 azarkeşini cəzalandırdı
MLS-in ən çox qazananları
Həm oyun nəticələri, həm maliyyə göstəriciləri pisləşir
Həftənin hakimləri açıqlandı
Xankəndidə vurulan qollar - Video
“Messiyə belə yox deyərdim”
38 ildən sonra doğma stadionuna qayıtdı