“Volfsburq”un futbolçusu koronavirusa yoluxdu

“Volfsburq”un futbolçusu koronavirusa yoluxdu
DÜNYA FUTBOLU 26 İyul 2020 / 01:10 1520
-  A +

Almaniyanın “Volfsburq” klubunun müdafiəçisi Kevin Mbabuda koronavirus aşkarlanıb.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, isveçrəli futbolçudan götürülən testin nəticəsi müsbət olub.

Mbabunun vəziyyətinin yaxşı olduğu bildirilir. Buna baxmayaraq, 25 yaşlı futbolçu xüsusi nəzarətə götürülüb.

Qeyd edək ki, İsveçrə yığmasının üzvü 2019-cu ilin aprelindən “Volfsubrq”da çıxış edir.


Son xəbərlər