Superliqanı tərk etdilər

Superliqanı tərk etdilər
DÜNYA FUTBOLU 20 İyul 2020 / 13:49 4521
-  A +

Türkiyə Superliqasında elitanı tərk edəcəyi dəqiqləşən ilk komanda bəlli olub.

Qol.az xəbər verir ki, bu, 2019/20 mövsümünün başa çatmasına bir tur qalmış müəyyənləşib. 18 komanda arasında sonuncu pillədə qərarlaşmış “Ankaragücü” 1-ci liqaya düşüb.

Buna komandanın 33-cü turda “Antalyaspor”a 0:1 hesablı məğlubiyyəti səbəb olub. Hesabında 29 xalı olan paytaxt təmsilçisi sonuncu pilləni tərk edə bilməyəcəyi dəqiqləşib.

Qeyd edək ki, “Ankaragücü” iki mövsümdür Superliqada mübarizə aparırdı.


Qarabağ FK
Son xəbərlər
topaz banner