"Keşlə" Şamaxını seçdi

"Keşlə" Şamaxını seçdi
XƏBƏR 7 İyul 2020 / 17:12 3290
-  A +

Yeni mövsümdən Azərbaycanı Avropa Liqasında təmsil edəcək "Keşlə" avrokuboklara Şamaxıda hazırlaşacaq.

Bu barədə Qol.az-a klubun mətbuat xidmətindən məlumat verilib. Şamaxıdakı təlim-məşq toplanışının vaxtı dəqiq bilinmir.

Bildirilib ki, komanda üzvlərindən  koronavirusla bağlı analiz götürüldükdən sonra məşqlərə start veriləcək.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah bu mövsüm Avropa kuboklarında yarışacaq Azərbaycanın 4 futbol komandasının - . “Qarabağ”, “Neftçi”, “Keşlə” və “Sumqayıt”  hazırlıq keçməsinə bu gün rəsmi icazə verib.

Daha çox


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner