Aquero əməliyyat olundu

Aquero əməliyyat olundu
DÜNYA FUTBOLU 24 İyun 2020 / 19:30 1876
-  A +

"Mançester Siti"nin futbolçusu Serxio Aquero dizindən əməliyyat olunub.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, Barselonadakı əməliyyat uğurlu başa çatıb.

32 yaşlı hücumçu özünün "Tvitter" hesabında hər şeyin qaydasında olduğunu və tezliklə sağalacağını bildirib.

Qeyd edək ki, Aquero Premyer Liqada "Bernli" ilə matçda zədələnmişdi. Onun avqustda olacaq Çempionlar Liqasının oyunlarına kimi hazır olacağı gözlənilir.


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq