"Mançester Siti"nin əsas transfer hədəfi

"Mançester Siti"nin əsas transfer hədəfi
DÜNYA FUTBOLU 13 İyun 2020 / 17:59 2927
-  A +

"Mançester Siti" bu yay müdafiə xəttini gücləndirmək istəyir.

Qol.az "ESPN"ə istinadən xəbər verir ki, Mançester təmsilçisində əsasən hədəfin mərkəz müdafiəçisi almaq olduğu vurğulanıb.

Bildirilib ki, klub bir il əvvəl Premyer Liqa təmsilçisini tərk edən Vensan Kompanini əvəzləyəcək bir müdafiəçi hələ də tapa bilməyib. Buna görə "Siti" bu yay bu mövqeni gücləndirməyə çalışacaq.

Bildirilib ki, klubun maraqlandığı futbolçular sırasında "Vilyarreal"ın müdafiəçisi Pau Torres var. Bundan başqa, klub "Lester"in sol cinah müdafiəçisi Ben Çilvell ilə də maraqlanır.


Son xəbərlər