Robben "Bavariya"nın bazasında məşq etdi

Robben "Bavariya"nın bazasında məşq etdi
DÜNYA FUTBOLU 12 İyun 2020 / 21:28 2399
-  A +

"Bavariya"nın sabiq futbolçusu Aryen Robben bu gün Münhen klubunun bazasında məşq edib.

Qol.az klubun saytına istinadən xəbər verir ki, o, məşqçi Holqer Broyxun rəhbərliyi altında təxminən 1 saat hazırlıq keçib.

Bild nəşri yazıb ki, Robben karyerasını bərpa etməyi planlaşdırmır, o, sadəcə özünü formada saxlayır.

Qeyd edək ki, A.Robben ötən yay karyerasını başa vurub.


Qarabağ FK
Son xəbərlər
topaz banner