Fransa Liqası ilə bağlı qərara dəyişiklik

Fransa Liqası ilə bağlı qərara dəyişiklik
DÜNYA FUTBOLU 10 İyun 2020 / 11:32 1924
-  A +

Koronavirusa görə vaxtından əvvəl başa çatdırılan Fransa  Liqası ilə bağlı qərara dəyişiklik olunub.

Qol.az Fransa mətbuatına istinadən xəbər verir ki, dövlət şurası 2-ci liqaya göndərilən “Tuluza” və “Amyen” klublarının şikayətini təmin edib. Hər iki klub yeni mövsümdə də elitada mübarizə aparacaqlar.

1997-ci ildən bəri ilk dəfə avrokuboklardan kənarda qalan "Lion"un çempionatın davam etdirilməsi ilə bağlı şikayəti isə təmin edilməyib.

Xatırladaq ki, PSJ Fransa Liqasında 2019/20 mövsümünün qalibi elan edilib.

Son xəbərlər
27.04.24  16:17

Keyn mükafat alacaq

27.04.24  15:40

Virtz "Bayer"də qalır

27.04.24  09:27

"Traktor" 1/4 finalda

27.04.24  01:30

"Real"dan qələbə