"Anji"nin futbolçularında koronavirus aşkarlandı

"Anji"nin futbolçularında koronavirus aşkarlandı
DÜNYA FUTBOLU 8 İyun 2020 / 14:12 1077
-  A +

Rusiyanın “Anji” klubunun bir neçə futbolçusu koronavirusa yoluxub.

Qol.az xəbər verir ki, bunu yerli mətbuata açıqlamasında Mahaçqala təmsilçisinin icraçı direktoru Absalutdin Ağarəhimov deyib.

“Bir neçə futbolçu virusa yoluxub. Hamısı gənc olduğu üçün ciddi simptomları yoxdur. Ona görə də heç biri xəstəxanaya yerləşdirilməyib. Hamısı evdə müalicə alır” – deyə klub rəsmisi bildirib.

Qeyd edək ki, “Anji” hazırda Rusiyanın 3-cü divizionu sayılan Cənub liqasında çıxış edir.

Son xəbərlər
27.04.24  16:17

Keyn mükafat alacaq

27.04.24  15:40

Virtz "Bayer"də qalır

27.04.24  09:27

"Traktor" 1/4 finalda

27.04.24  01:30

"Real"dan qələbə