"Borussiya"nın iki futbolçusu cərimələndi

"Borussiya"nın iki futbolçusu cərimələndi
DÜNYA FUTBOLU 5 İyun 2020 / 20:56 1640
-  A +

Almaniya Futbol Liqası (DFL) "Borussiya"nın (Dortmund) futbolçuları  Manuel Akanci və Ceydon Sançonu cərimələyib.

Qol.az DFL-in saytına istinadən xəbər verir ki, buna onların karantin rejiminin qaydalarını pozması səbəb olub.Cərimənin məbləği açıqlanmayıb.

Belə ki, Akanci və Sanço evlərinə bərbər çağırıblar. Ancaq bu zaman onlar maska və əlcəkdən istifadə etməyiblər. Futbolçuların qaydaları pozması şəkilləri sosial şəbəkədə yerləşdirən zaman görülüb.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner