İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatı davam edir.
Qol.az xəbər verir ki, növbəti yarış günündə Murad Bazarov təsəlliverici görüşdə iştirak edib və bolqar güləşçiyə vaxtından əvvəl qalib gəlib. Estoniya təmsilçisinə də eyni aqibəti yaşadan yeniyetmələrin olimpiya çempionu Avropa çempionatının bürünc medalını qazanıb.
Ülvü Qənizadə də üçüncü yarış günündə təsəlliverici görüşə çıxıb. Qənizadə cəmi 2 dəqiqə ərzində Moldovadan olan həmkarına qalib gəlib və bürünc medal uğrunda mübarizə aparmaq şansı əldə edib. Həlledici qarşılaşmada ikiqat Avropa çempionu və dünya üçüncüsü Adam Kurakla qarşılaşan gənc güləşçimiz əzmkar qələbə qazanaraq millimizin hesabına 4-cü bürünc medalı yazıb.
Rafiq Hüseynov isə final görüşünə çıxıb. Həlledici qarşılaşmada Bolqarıstan idmançısıyla üz-üzə gələn təcrübəli pəhləvanımız əzmkarlıq nümayiş etdirərək qələbə qazanıb və ikinci dəfə Avropa çempionu olub.
Qeyd edək ki, bununla da Azərbaycanın yunan-Roma güləşçilərinin mübarizəsi başa çatıb. Komandamız yarışı 2 qızıl və 4 bürünc mükafatla başa vurub.
Avropa çempionatı
60 kq
Təsnifat. Murad Bazarov - Yakopo Sandron (İtaliya) - 2:1
1/4 final. Murad Bazarov - Gevorq Qaribyan (Ermənistan) - 0:8
Təsəlliverici görüş. Murad Bazarov - Avqustin Boyanov Spasov (Bolqarıstan) - 9:1
Bürünc medal görüşü. Murad Bazarov - Helari Maeqisalu (Estoniya) - 9:0
67 kq
Təsnifat. İslambek Dadov - Kristian İştvan Vança (Macarıstan) - 7:8
72 kq
1/8 final. Ülvü Qənizadə - Stoyan Stoyçev Kubatov (Bolqarıstan) - 6:1
1/4 final. Ülvü Qənizadə - Frank Ştebler (Almaniya) - 0:8
Təsəlliverici görüş. Ülvü Qənizadə - Anatoli Popov (Moldova) - 8:0
Bürünc medal görüşü. Ülvi Qənizadə - Adam Kurak (Rusiya) - 3:1
82 kq
1/8 final. Rafiq Hüseynov - Tirone Sterkenburq (Niderland) - 8:0
1/4 final. Rafiq Hüseynov - Boqdan Kurinnoy (İsveç) - 3:2
1/2 final. Rafiq Hüseynov - Çiro Russo (İtaliya) - 7:1
FİNAL. Rafiq Hüseynov - Daniel Tixomirov Aleksandrov (Bolqarıstan) - 2:1
97 kq
Təsnifat: Orxan Nuriyev - Tadeuş Mixalik (Polşa) - 0:9.
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü
“Sabah”ın oyunçusunun bu görüntüsü maraq doğurdu - Video
Almaniya millisi ilə vidalaşdı
Yenə Gəncə, yenə ən çox azarkeş!
1000-ci oyun, 550-ci qələbə
Simoenedən Mourinyoya: "Sərhədi keçməməlisən"
Ağır məğlubiyyətdən sonra istefa verdi