İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatı davam edir.
Qol.az xəbər verir ki, yarışın ikinci günündə 60, 67, 72, 82 və 97 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar.
60 kq çəki dərəcəsində Murad Bazarov debütdə çətinliklə də olsa, İtaliya güləşçisi Yakopo Sandrona qalib gəlib. Ancaq o, 1/4 finalda məğlubiyyətdən qaça bilməyib.
67 kq-da İslambek Dadov təsnifat mərhələsində macar həmkarı Kristian İştvan Vança ilə görüşdə ilk hissəni 7:0 öndə tamamlasa da, fasilədən sonra zəif çıxış edərək məğlub olub.
72 kq çəkidə mübarizə aparan Ülvü Qənizadə Avropa çempionatına bolqar rəqibi Stoyan Stoyçev Jubatov üzərində inamlı qələbəylə start verib. Lakin 1/4 finalda 3 qat dünya çempionu, alman Frank Şteblerə batmaq mümkün olmayıb - 0:8.
82 kq-da yarışan Rafiq Hüseynov əvvəlcə hollandiyalı güləşçi Tirone Sterkenburqa çətinlik çəkmədən qalib gəlib - 8:0. O, 1/4 final mərhələsində İsveç idmançısı Boqdan Kurinnoyu 3:2 hesabı ilə məğlub edərək, adını yarımfinala yazdırıb. Azərbaycanlı güləşçi finala vəsiqə uğrunda görüşdə italiyalı Çiro Russo ilə qarşılaşıb. O, rəqibinə çətinlik çəkmədən qalib gələrək 9 illik fasilədən sonra Avropa çempionatının finalına vəsiqə qazanıb. İdmançımız həlledici görüşdə boqarıstanı Daniel Tixomirov Aleksandrova qarşılaşacaq.
97 kq çəki dərəcəsində mübarizə aparan Orxan Nuriyev isə ilk görüşdə polşalı rəqibi Tadeuş Mixalikə 0:9 hesabı ilə uduzub. Mixalik növbəti mərhələdə məğlub olduğundan Nuriyev bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılmaq şansını itirib.
İlk yarış günündə Azərbaycanın 5 yunan-Roma güləşçisi mübarizəyə qoşulub. Onlardan Sənan Süleymannov finala yüksəlib. 77 kq çəki dərəcəsindəki idmançı qızıl medal uğrunda Zoltan Levai (Macarıstan) ilə üz-üzə gələcək.
55 kq-da Eldəniz Əzizli və 87 kq-dakı İslam Abbasov bürünc medal uğrunda görüşə çıxacaqlar. Əzizlinin rəqibi Covanni Freni (İtaliya) olacaq. Abbasov isə bürünc medal uğrunda litvalı Eyvidas Stankeviçyusla yarışacaq.
Sabah Şəriəti (130 kq) zədə səbəbindən təsəlliverici görüşlərə qatılmayıb və medal şansını itirib. Taleh Məmmədov isə (63 kq) təsəlliverici qarşılaşmada Macarıstan idmançısı Erik Torbaya 3:9 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb.
Qeyd edək ki, fevralın 12-də gündüz seansında bu çəkilərdə təsəlliverici görüşlər, axşam seansında isə medal qarşılaşmaları keçiriləcək.
60 kq
Təsnifat: Murad Bazarov - Yakopo Sandron (İtaliya) 2:1
1/4 final: Murad Bazarov - Gevorq Qaribyan (Ermənistan) 0:8
67 kq
Təsnifat: İslambek Dadov - Kristian İştvan Vança (Macarıstan) 7:8
72 kq
1/8 final: Ülvü Qənizadə - Stoyan Stoyçev Kubatov (Bolqarıstan) 6:1
1/4 final: Ülvü Qənizadə - Frank Ştebler (Almaniya) 0:8
82 kq
1/8 final: Rafiq Hüseynov - Tirone Sterkenburq (Niderland) 8:0
1/4 final: Rafiq Hüseynov - Boqdan Kurinnoy (İsveç) - 3:2
1/2 final: Rafiq Hüseynov - Çiro Russo (İaliya) 7:1
Final: Rafiq Hüseynov - Daniel Tixomirov Aleksandrov (Boqarıstan)
97 kq
Təsnifat: Orxan Nuriyev - Tadeuş Mixalik (Polşa) 0:9
"Nyukasl"da ciddi itki
Mövsümün sonuna qədər matçları azarkeşlərsiz keçirəcəklər
"Barselona"nın yeni hədəfi bilindi
"Arsenal" - "Atletiko" matçının heyətləri açıqlandı
"Portu" "Arsenal"a 17 milyon ödəyəcək
PSJ-nin müdafiəçisi Ronaldonu geridə qoydu
"Mançester Yunayted" 150 milyon xərcləməyə hazırdır
Azərbaycan millisinə yeni baş məşqçi təyin edildi
Mbappe sağalsa da, matça buraxılmayacaq
"Neftçi" 3 xalı 3 qolla qazandı - Video
"Hər kəsə şans verəcəyik" - Xanlar Əliyev
"Sabah"ın qələbəsi bizə uyğundur, amma..." - Yuri Vernidub
1-ci liqa: "Şahdağ Qusar" "Mingəçevir"i məğlub etdi
"Neftçi" "Karvan-Yevlax"a qalib gəldi
2-ci liqada oyunların vaxtı məlum odu
Azərbaycan millisi Malta və San Marino ilə qarşılaşacaq
“4:5 hesabı faciə deyil" - Tomas Müller
Rafael Fiziyev Bakıda Manuel Torreslə üz-üzə gələcək - UFC
Musa Qurbanlı üçün mövsüm başa çatdı
MEDİA müsabiqə elan etdi
"Atletik"in yeni baş məşqçisi açıqlandı
"Qarabağ"a vurduğu gözəl qoldan danışdı - Video
"Karvan-Yevlax" - "Neftçi": Heyətlər açıqlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
Valverde La Liqanın tarixinə belə düşdü
"Roma"dan Dibala qərarı
Leandro 60-a çatdı
Kvaratsxeliya ailəsindən yeni ulduz gəlir?
"Arsenal" - "Atletiko" oyununu yayımlayacaq kanallar
Simeonenin bu cavabına hamı güldü - Video
Premyer Liqada mövsümün rekordu təkrarlandı
Finalın biletləri satışa çıxarıldı
Robinyonun oğlu "Santos"dan ayrılmaq istəyir - Neymara görə
Volkanı yenə cəmi 2 ay sonra göndərdilər
“Sevilya” üç xalı tək qolla qazandı
“Mançester Siti” vacib iki xal itirdi
“Roma” “Fiorentina”nı darmadağın etdi
“Qarabağ”dan vacib qələbə - Video
"Beşiktaş"da ciddi itki
"Juninyo qayıtmaq istəsə, yox demərəm" - Qurban Qurbanov
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
Millinin futbolçusu komandasını dəyişə bilər
"Qarabağ" "Turan Tovuz"a qalib gəldi