“Yuventus”un hücumçusu Kriştiano Ronaldo Portuqaliyanın qızlardan ibarət U-17 millisinin üzvlərinə Avro-2020-nin elit raunduna vəsiqə qazanmaları münasibəti ilə “Mercurial” butsları hədiyyə edib.
Qol.az xəbər verir ki, o, hədiyyələrlə yanaşı futbolçulara təsirli motivasiyalı məktub da göndərib. Məktubda yazılıb:
“Mən “Mercurial”ı sizə göndərməklə ümid edirəm ki, bunlar sizin arzularınıza çatmağa kömək edəcək. Uşaqlıqda mənim sadə, amma ağlasığmaz arzum vardı. Yox, bu, yuxuda gördüyün arzulardan deyildi. Bu, elə bir şey idi ki, səni gecələr yatmağa qoymurdu.
Mən dünyanın ən güclü futbolçusu olmaq istəyirdim. Mən idman zalında, meydançada məşq etməklə əlimdən gələn hər şeyi edirdim ki, bu arzumu gerçəkləşdirə bilim. Ona görə də arzulamaq və inanmaq həmişə vacibdir. Bəzən hətta çox çalışmaqdan belə...
Mən öz arzumu həyata keçirdim. İnanıram ki, siz də bunu edəcəksiniz. Əgər mən bunu bacarmışamsa, siz də edə bilərsiniz. Sizi elit raunda vəsiqə qazanmağınız münasibəti ilə təbrik edirəm. Növbəti qələbələrə köklənin!”
Hədiyyəyə və məktuba görə təşəkkür edən qızlar isə bir otağa yığışaraq birlikdə “Siiii!” (Həəəəə ! – red) deyə qışqıraraq Ronaldoya cavab veriblər.
“Trabzonspor”u çalışdıra bilər
Premyer Liqa tarixinə düşdülər
Alvaresin qol həsrəti davam edir
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu
"Karvan-Yevlax"ın qələbəsindən - Video
Ronaldo “Əl-Nəsr”dən gedə bilər
“Qəbələ”dən 1-ci liqa klubuna keçdi
Yamal Flikə müraciət etdi
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
“Karvan-Yevlax” liderliyə yüksəldi
“İstəyirəm daha çox kubok qaldırım” - Emin Mahmudov
"Sumqayıt"ın əsas kapitanı seçildi
“Kəpəz” bəyanat yaydı
"Tottenhem"in sabiq futbolçusu "Ayaks"da
1-ci liqada həftənin hakimləri məlum oldu
Konte "Mançester Yunayted"in baş məşqçisi ola bilər
Mourinyodan “Real”da ən yaxşı start
“O, “Qarabağ”da yaxşı oynayır” - Marko Rossi
Nəhənglər 18 yaşlı futbolçuya göz dikdi