"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Partizani"yə 2:0 hesabı ilə qalib gəldikləri cavab oyunundan sonra mətbuat konfransı keçirib.Qol.az-ın məlumatına görə, o, əvvəlcə matç barədə danışıb:
- Futbolçularıma təşəkkür edirəm. Bu gün çox səbrli oynadılar və lazım olan anda hücum etdilər. Düşünürəm ki, baxımlı oyun göstərdik. İlk turlarda görüşdüyümüz ən çətin rəqiblərdən biri idi. "Partizani" müdafiə olunmaqdan həzz alırdı və çox sürətli əks-hücumlar edirdi. Rəqibə də uğurlar arzulayıram. Azarkeşlərimizə isə bizi dəstəklədiyi üçün təşəkkür edirəm.
- İlk oyundan sonra tənqidlər var idi ki, komanda meydanda ağır görünür. Bu gün isə futbolçular sürətli idi. Doğrudanmı, bir həftə ərzində bu qədər dəyişiklik oldu?
- Açığı, tənqid görməmişəm. Hazırlıq prosesindən sonra futbolçuların hazırlıq durumu bir-birindən fərqli olur. Bunu qəbul edirik. Digər tərəfdən bəzi oyunçular kollektivə gec qoşuldular. Fərqli hazırlıq oldu. Nə qədər məşq etsək də, oyundan-oyuna artım olur. Bir qədər səbrli olmalıyıq ki, futbolçular yaxşı formanı bərpa etsinlər.
- Son iki transferin hər ikisini növbəti mərhələ üçün sifariş edəcəksiniz?
- Məncə, bunda elə bir problem olmamalıdır.
- Bədavi Hüseynovun durumu nə yerdədir?
- Sual altındadır. Növbəti mərhələnin cavab oyununu da buraxa bilər.
- Mərkəz müdafiəçisi transferi düşünmürsünüz?
- Legionerləri də gətirib doldurmaqla deyil. Müdafiənin hər iki cinahına legioner gətirmişik. Lazım olanda Maksim Medvedevi də mərkəzə çəkəcəyik. İnşallah, bir problem olmaz.
- Növbəti rəqib "Dundalk" oldu. Bu barədə nə deyə bilərsiniz?
- Məncə, nəsə bildirmək üçün tezdir. Rəqibi daha yaxından tanıdıqdan sonra ətraflı məlumat vermək olar. Uzaq səfərə çıxacağıq. Bu da futbolçularda yorğunluq yaradacaq. Buna baxmayaraq, növbəti mərhələyə də maksimum hazır olmağa çalışacağıq.
- Qol vəziyyətlərini boşa vermək nə ilə bağlıdır?
- Rəqibin oyunçularını da nəzərə almaq lazımdır. Qol buraxmamaq üçün hər şeyi etdilər. Futbolda belə hallar olur. Bəzən 4-5 epizodu qaçıra bilirsən. Bəzən isə bir şansın olur, onda da fərqlənirsən.
- "Qarabağ" adətən təmkinli oynayır. Bu dəfə isə hücumameyilli çıxış etdiniz. Bu, oyun üslubunuzdakı dəyişikliklə bağlıdır?
- Bu gün çox topa sahib olduq. Səfərdəki matçda da rəqib zonaları boş qoymurdu. O qədər də hücumlarımız olmamışdı. Amma doğma meydanda azarkeş dəstəyi ilə futbolçular daha inamlı olur.
- Ailton Silva ilk rəsmi oyununa çıxdı. O, Geryenin boşluğunu doldura biləcəkmi?
- Normal oynadı. Ailton yaxşı formasından uzaqdır. Oyun təcrübəsi də azdır. Son rəsmi oyununu səhv etmirəmsə martda oynamışdı. Yaşı da azdır. Futbolçuları müqayisə etmək istəməzdim. Hər bir oyunçunun öz potensialı var. Ailtonda bu gün heç də pis alınmadı. Yavaş-yavaş qaydasına düşəcəyini düşünürəm.
“Qaradağ Lökbatan”ın 7 cavabsız qolu - Video
Layiq olduğu dəyəri görməyən ulduzlar kimlərdir?
"Şamaxı"nın legioneri milliyə çağrıldı
Benzemanın klubu kubok matçından sonra hakimi şikayət etdi
Mahirin qol vurub hönkür-hönkür ağladığı o an - Video
"Mançester Yunayted" heyətdə köklü dəyişikliklər edir
"Arsenal"ın lehinə verilən üçüncü yanlış qərar
Milli saxtakarlıq etdi, kubokla vidalaşdı
"Turan Tovuz"un futbolçusu Panama millisində
Tahir Gozellə Zubirin fransızca dialoqu - Video
2026-cı ilin "İdman səfirləri" bəlli oldu
FİFA-dan İran Futbol Federasiyasına cavab gəldi
2-ci liqada liderlər rəqiblərini darmadağın etdi
“Qarabağ”ın qapıçısı Polşa millisinə çağırılacaq
Bölgə klubu qapıçısı ilə yollarını ayırdı
“Difai” ev oyunlarını Bakıda keçirəcək
"Turan Tovuz"un qapıçısı Tacikistan millisində
Kubokda yarımfinalın cavab oyunlarının vaxtı bilindi
AFFA-da məşqçilərlə görüş keçirildi
“Qarabağ” komandası xalça başında - Video
“Şamaxı” – “Araz-Naxçıvan” matçının hakimləri açıqlandı
Kevin Medina Azərbaycan xalçası toxudu - Video
"Bavariya"nın futbolçusu cəzalandırıldı
Azərbaycan millisi Ukraynaya qarşı
"Təslim olmamışıq" - Elvin Yunuszadə
AFFA bu klubları cərimələdi
Çempionlar Liqası oyunlarını yayımlayacaq kanallar
Neymar milliyə çağırılmamasından danışdı
İran Futbol Federasiyası FİFA-ya müraciət etdi
Bakıda daha bir dünya çempionatı keçiriləcək
“Qarabağ”da daha çox qalmaq istəyərdim” – Simeon Slavçev
UEFA-dan Əliyar Ağayevə yeni təyinat
Ançelotti: "Budo-Qlimt" Avropanın ən yaxşı komandasıdır"
“Çelsi” Rayan Messini transfer etməyə hazırlaşır
Futbolda bu da oldu, topu robot gətirdi - Video
Braziliya millisinin heyəti açıqlandı
“Fiorentina” səfərdən 3 xalla qayıdır
Cəlal Hüseynovun komandası 10 nəfərdə qalib gəldi
“Şirvan” qələbə qazandı - Video
ÇL matçına çıxmamaq cəzasından son anda xilas oldu
La Liqanın ən bahalı futbolçuları kimlərdir?