“Boluspor” gözlədiyimizdən daha sürətli oyun nümayiş etdirdi. İlk yarıda istədiyimiz oyun bəzən alınsa da, bəzən rəqib imkan vermirdi. Düzdür, son görüşdə bəzi səhvlərimiz də oldu. Lakin bu, hazırlıq matçı idi. “Boluspor”la matçı analiz edəcəyik. Çalışacağıq səhvləri aradan qaldıraq. Sonuncu yoxlama oyunumuzda qələbə qazanmağımız yaxşı oldu. Çünki bu qalibiyyət ona görə lazım idi ki, önümüzdəki həftəyə pozitiv keçək”.
Qol.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Türkiyədə təşkil olunan təlim-məşq toplanışı çərçivəsində "Boluspor"a qalib gəldikləri sonunuc yoxlama oyunundan (2:1) sonra klubun saytına deyib.
Təlim-məşq toplanışını dəyərləndirən Qurbanov Avropa Liqasının iyulun 25-də keçiriləcək II təsnifat mərhələsinin ilk matçına hazırlıq barədə də danışıb: “Bu qarşılaşma ilə Bolu toplanışını da başa vurduq. İki mərhələdən ibarət hazırlıq planı üzrə çalışdıq. Futbolçular istəkli idilər, işlərinə məsuliyyətlə yanaşdılar. Artıq iyulun 25-də keçiriləcək avrokubok matçına köklənirik. Başa düşürük ki, həmin qarşılaşmada daha sürətli rəqibə qarşı oynayacağıq. Avropa Liqasındakı ilk oyunumuz üçün heyəti özlüyümdə müəyyənləşdirmişəm. Bu gün də həmin “11-liy”in meydanda olub, formalaşmasına imkan yaratdıq. Çalışacağıq ki həmin qarşılaşmada səhvsiz oynayaq”.
Bundesliqa klubundan "Nyukasl"a keçdi
FİFA cəzasını təxirə saldı
“Şamaxı”dan növbəti transfer
İngiltərə millisində itki
"Qəbələ" yeni mövsüm hazırlıqlarına başladı - Şəkillər
"Real"ın futbolçuları bütün klubları geridə qoydu
"Onlar haqqında hər şeyi bilirik" - Tomas Tuxel
Sabiq "Çelsi"li karyerasını bitirdi
"Meksika futbolu üçün tarixi matçlardan biri olacaq"
Bu da “Qarabağ”ın 8-ci transferi - Rəsmi
Həm bombardirdilər, həm də "tənbəl"
DÇ-2026-da ən çox qol epizodu yaradan müdafiəçi oldu
Braziliya Norveç tilsimini qıra biləcək?
"Zirə" afrikalı oyunçu transfer etdi
"Real"ın ilk tur matçı təxirə salına bilər