"Bavariya"nın müdafiəçisi Mats Hummels Dortmund "Borussiya"sına keçməyə yaxındır.
Qol.az-ın "Bild" nəşrinə istinadən yaydığı xəbərə görə, Münhen klubu 30 yaşlı futbolçunun keçidi üçün qarşı tərəfin təklifini qəbul edib. "Borussiya"nın sabiq oyunçusuna görə 20 milyon avro təzminat ödəyəcəyi bildirilir. Almaniya millisinin üzvünün köhnə-yeni klubunda illik gəliri isə 10 milyon avro olacaq.
Qeyd edək ki, Hummels "Bavariya"ya 2016-cı ilin yayında "Borussiya"dan 35 milyon avro qarşılığında keçmişdi.
16 il sonra yenidən...
Ronaldonun komanda yoldaşı klubdan getdi
“Şamaxı” Qətər klubu ilə qarşılaşacaq
FİFA mundialın final topunu təqdim etdi - Şəkil
Portuqaliya - İspaniya: Heyətlər