Canluici Buffon PSJ-dən ayrılmasının səbəbini açıqlayıb.
Qol.az-ın "Corriere dello Sport" nəşrinə istinadən yaydığı xəbərə görə, italiyalı qolkiper ehtiyatda oturmaq istəmədiyi üçün bu addımı atdığını bildirib:
"Hələ 5 ay öncə PSJ-də mənə ikinci qapıçı olmaq təklif edildi. Hər şeyi düşünmək üçün kifayət qədər vaxtım var idi. Sonda belə qənaətə gəldim ki, bu, mənlik deyil. Bu səbəbdən böyük pullardan imtina etdim və müqaviləmi uzatmamaq qərarına gəldim. PSJ-nin təklifi tamamilə qanuni, anlaşılan və cəlbedici idi. Amma dediyim kimi, oynamaq istəyirəm. Paris klubundan ayrıldıqdan sonra bir neçə yaxşı təklif almışam".
Qeyd edək ki, Buffon PSJ-yə 2018-ci ilin yayında "Yuventus"dan keçmişdi.
16 il sonra yenidən...
Ronaldonun komanda yoldaşı klubdan getdi
“Şamaxı” Qətər klubu ilə qarşılaşacaq
FİFA mundialın final topunu təqdim etdi - Şəkil
Portuqaliya - İspaniya: Heyətlər
"Neftçi" Serbiya klubuna uduzdu