“Milan”la razılaşan məşqçi klubundan ayrıldı
İtaliyanın “Sampdoriya” klubu baş məşqçisi Marko Campaolo ilə yollarını ayırıb.
Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılıq əsasında ləğv olunub.
Qeyd edək ki, italiyalı mütəxəssisin “Milan”la anlaşdığı və təyinatın yaxın günlərdə rəsmi şəkildə açıqlanacağı bildirilir.