Macarıstan millisinin baş məşqçisi Marko Rossi Avro-2020-nin seçmə mərhələsində iyunun 8-də Azərbaycan yığması ilə keçirəcəkləri oyun haqda danışıb.
Qol.az-ın Macarıstan mətbuatına istinadən yaydığı xəbərə görə, italiyalı mütəxəssis Bakıdakı matçda təzyiqlə üzləşə biləcəklərini istisna etməyib. Ancaq təcrübəli çalışıdırıcı macarların favorit olduğunu söyləyib:
"Bakıda istənilən ssenariyə hazır olmalıyıq. Azərbaycan millisi ilk dəqiqələrdən hücum edib, bizi təzyiq altında saxlamağa çalışacaq. Bu, bizi təəccübləndirməməlidir. İtənilən halda matçın nəticəsi bizim çıxışımızdan asılı olacaq".
M. Rossi heyətdəki problemlərə də toxunub. O, müdafiə xəttində çıxış edən futbolçuların zədəli olmasından narahatlığını dilə gətirib: "Futbolçuların oyuna necə kökləndiklərini görürük. Artıq 4 gündür hazırlığa başlamışıq. Amma bəzi narahatlıqlarımız da var. Müdafiəçilərdən bir çoxunun xidmətindən məhrum ola bilərik. Tamaş Kadar, Barnabas Bese zədəlidir. Botond Barat və Villi Orban isə düşərgəyə sabah qoşulacaqlar".
Qeyd edək ki, "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Macarıstan oyunu 20:00-da başlayacaq. Millimiz 3 gün sonra isə eyni stadionda Slovakiyanı qəbul edəcək.
32 il sonra ilk dəfə...
Fərid Nəbiyev "İmişli"də
“Sabah”ın potensial rəqiblərinin oyununda kim qalib gəldi?
Dambrauskas: “Bizi çətin səfər gözləyir”
İsveçrə - Kolumbiya: Heyətlər
Argentina - Misir matçının ən yaxşısı seçildi
“Sabah” bizi yordu” - TNS-in baş məşqçisi
Messi iki rekorda imza atdı
“Sabah” ÇL-dəki debütündə qələbə qazandı
"Şəfa"nın hazırlıq planı dəyişdi
İlk təklif rədd edildi, "Qalatasaray" məbləği artırdı
"Real"ın zədəli futbolçusundan xəbər var
Messidən gözlənilməz antirekord
Luis Enrike göz yaşlarını saxlaya bilmədi - Video
“İmişli”də yeni məşqçi təyinatı
"Həyatımın mühüm bir səhifəsi bağlanır"
“Sabah” - TNS matçının heyətləri açıqlandı
Argentina - Misir: Heyətlər
Norveç millisinin bir neçə futbolçusu xəstələnib
“Qarabağ” yeni formalarını təqdim etdi - Video
Mahir komandasının düşərgəsinə qoşuldu, amma…
“Seltik” “Qarabağ”la razılığa gəldi
Sabiq kapitanı "Atletiko"nun məşqçisi oldu
Daha 2 il "Araz-Naxçıvan"da
Xəyal Əliyev mükafatlandırıldı
"Torpedo" ilə oyun çətin olacaq" - Qismət Alıyev
"Kəpəz"də günün 3-cü ayrılığı
"Qəbələ"dən gedənlərin sayı 11 oldu
Yaponiya millisinin üzvü "Valensiya"da
"Çelsi"nin sabiq baş məşqçisi bu klubda çalışacaq - Rəsmi
“Qarabağ” - “Vestri” oyununa nə qədər bilet satılıb?
Azərbaycan Premyer Liqasının püşkü bu tarixdə atılacaq
"Kəpəz" bu ayrılığı açıqladı