"Azərbaycandan təklif alanda ölkənin harada yerləşdiyi, ailəm üçün riskli olub-olmadığı haqda maraqlandım. Nararaht idim. Amma qətiyyən elə deyil. Azərbaycandakı təhlükəsizliyin səviyyəsi məni təəccübləndirdi".
Qol.az xəbər verir ki, bu sözləri mövsümün sonunda "Qəbələ"dən ayrılan Stiven Monroz deyib.
Son iki mövsümü "Qəbələ"də keçirən fransalı hücumçu "francefootball"a açıqlamasında ölkəmiz və paytaxt Bakı haqda müsbət fikirlər səsləndirib: "İki ildir heç bir problemlə qarşılaşmamışam. Bütün dinlərə hörmət edilir. Həqiqətən Bakı gözəl şəhərdir. Ölkə inkişafdadır. Qətərdə olduğu kimi, hündürmərtəbəli binalar tikilir. Futbol Avropadakı kimi inkişaf etməyib. Amma Premper Liqada klub sayının artırmaq istəyirlər. İnsanların futbola o qədər də çox baxmırlar. Lakin çoxlu azarkeşləri olan "Neftçi" və "Qarabağ" klubları var.
Monroz Avropa Liqasının finalının Bakıda təşkil edilməsinə də münasibət bildirib: “Avropa Liqasının finalının Bakıda keçirilməsinə təəccübləndim. Bakıda azarkeşlərin bu oyunu buraxmaması üçün çoxlu plakatlar var. Azərbaycan son vaxtlar futbolda da inkişaf edir. “Qarabağ” Avropa Liqasında, bir dəfə isə Çempionlar Liqasında qrupa düşüb”.
Monroz ölkəsinin mətbuatına "Qarabağ"dan və Maykl Essyenin "Səbail"də çıxış etməsindən də danışıb: “Mən Azərbaycana gedəndə orada cəmi iki fransalı futbolçu çıxış edirdi. İndi isə sayımız 8-9 nəfərdir. Əvvəl süni örtüklü meydançalar çox idi, indi daha çox təbii örtüyə üstünlük verirlər. Eyni komandalarla oynamağımız bir az darıxdırıcıdır. Futbolçular “Qarabağ”la görüşdə daha motivasiyalı olur. Amma mən bütün matçlara köklənirəm. Çünki bizə buna görə pul verirlər. “Qarabağ” kimi klublarda çıxış edən legionerlər ildə 400-600 min avro qazanırlar. Yəni Fransanın 2-ci liqasında görmədiyiniz maaşlar. Bir müddət əvvəl Maykl Essyen “Səbail”lə müqavilə imzalayıb. Onun keçidi barədə çox yazıldı. Lakin o qədər də çox şans qazanmır. Məncə, hələ fiziki cəhətdən hazır deyil. Lakin onun bir illik müqaviləsi qalıb”.
Salahdan ÇL-də 50-ci qol
Aldığı zədə karyerasını bitirə bilər
PSJ-nin baş məşqçisi Premyer Liqa yolunda
Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər
"Şamaxı" - "Araz-Naxçıvan" matçından - Video
Osimhen milliyə çağrılmadı
16 yaşlı qapıçının debütü təxirə salındı
1-ci liqada bu gün yalnız “Şəfa” qələbəyə sevindi
"Real" və "Atletiko"dan sonra növbə "Qalatasaray"ındır?
Premyer Liqa rekordçusu gələcəyini ailəsinə həvalə etdi
"Mançester Yunayted" onun üçün 100 milyon xərcləyəcək?
"Layiq olmadığımız məğlubiyyətlə üzləşdik" - Ayxan Abbasov
"Oyun heç-heçə də bitə bilərdi" - Andrey Demçenko
Azərbaycan millisi Farer adalarına da böyük hesabla uduzdu
"Araz-Naxçıvan" "Şamaxı"ya qalib gəldi
AFFA İntizam Komitəsinin qərarları açıqlandı
Kvaratsxeliya ÇL tarixinə belə düşdü
Elşən Abdullayev mükafatlandırıldı
"Real" ilk dəfə belə uğur qazanır
"Sportinq"in baş məşqçisi 5:0-dan danışdı
“Şamaxı” - “Araz-Naxçıvan”: Heyətlər
Premyer Liqada daha 5 oyunun hakimləri açıqlandı
ÇL-in oyunları bu kanallarda
Qvardiola "Mançester Siti"dəki gələcəyi ilə bağlı nə dedi?
"Neftçi”yə təklif olunan həmin futbolçular mənə lazım deyil”
"Bodo-Qlimt"in baş məşqçisindən vida açıqlaması
Liverpul küçələrində "Qalatasaray" atəşfəşanlığı - Video
AFFA rəsmisi “Barselona” – “Nyukasl” oyununda
"Real" "Mançester Siti"yə belə qalib gəldi - Video
Riçard Almeydanın yeni klubu
Seneqaldan çempionluq alınıb Mərakeşə verildi! - Şok qərar
"Bodo-Qlimt" ÇL-lə vidalaşdı, "Real" və PSJ 1/4 finalda
"Fənərbaxça"dan böyükhesablı qələbə
“Qaradağ Lökbatan”ın 7 cavabsız qolu - Video
Layiq olduğu dəyəri görməyən ulduzlar kimlərdir?
"Şamaxı"nın legioneri milliyə çağrıldı
Benzemanın klubu kubok matçından sonra hakimi şikayət etdi
Mahirin qol vurub hönkür-hönkür ağladığı o an - Video
"Mançester Yunayted" heyətdə köklü dəyişikliklər edir
"Arsenal"ın lehinə verilən üçüncü yanlış qərar
Milli saxtakarlıq etdi, kubokla vidalaşdı