"Mayın 29-da bütün dünyanın nəzərləri Bakıda olacaq".
Bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini – icra katibi Əli Əhmədov deyib.
Ə.Əhmədov xatırladıb ki, may ayının 29-da Bakı Olimpiya Stadionunda Avropanın iki məşhur futbol komandasının – "Arsenal" və "Çelsi" komandalarının çempionluq uğrunda yarışına Bakının ev sahibliyi etməsi əlamətdar hadisədir:
"Bu, təkcə idman bayramı deyil, eyni zamanda Azərbaycanı, Bakını tanıtmağın gözəl imkanıdır. Artıq bir neçə gündür Azərbaycan futbolsevərlərin ən çox müzakirə etdiyi ölkə və şəhərdir. Ayın 29-da isə bütün dünyanın nəzərləri Bakıda olacaq.
İdmançılara uğurlar diləyirəm. Komandalardan hansısa çempion adına məhz Bakıda nail olduğunu heç zaman unutmayacaq. Eynilə də fanatların Bakıda keçirilən oyundan ən xoş təəssüratlarla qayıdacaqlarına əminəm.
Bakıdakı futbol fanatlarının oyuna Azərbaycan bayrağı ilə getmək barədə sosial şəbəkələrdə səsləndirilən təklifini mən də dəstəkləyirəm. Yaxşı olar ki, Bakı həm oyunçuların, həm də fanatların yaddaşında təkcə stadionun gözəlliyi ilə deyil, həm də azarkeşlərin coşqusu ilə qalsın.
Azərbaycan bayraqları, Azərbaycan coşqusu və Azərbaycan qonaqpərvərliyi ilə futbolçuları və onların Bakıya gəlmiş fanatlarını salamlayırıq.
Hamınıza gözəl idman həyəcanı və xoş istirahət arzulayıram”.
Xatırladaq ki, finala bayraqla gəlmək təklifini idman jurnalisti Sənan Şəfizadə irəli sürüb (Qafqazinfo).
PSJ-də şok itki
Kaxaber Sxadadze bu klubun baş məşqçisi oldu
Baş məşqçi məşqlərin dronla çəkilməsinə qarşı çıxdı
Federasiya prezidentini yalan danışmaqda ittiham etdi
Arteta futbolçularına xəbərdarlıq etdi
Murad Məmmədovun komandasından qələbə
“Qəbələ” “Şəfa”nı belə məğlub etdi - Video
“Mançester Yunayted”dən ayrıla bilər
"Bu işdə tək olmalı deyiləm" - Zaur Həşimov
Meydanda zədələndi, xəstəxanaya aparıldı
“Bu gün qələbəyə layiq olan tərəf biz idik” - Yeton Bekiri
Nadal “Real”da yeni vəzifəyə seçildi
“Qəbələ” “Şəfa”ya, "Turan Tovuz" "Şamaxı"ya qalib gəldi
“Turan Tovuz”un qələbəsindən - Video
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
“Belə hallara yol vermək olmaz” - Kurban Berdiyev