"Qarabağ" heyətinə yeni futbolçu cəlb edə bilər.
Qol.az-ın Şotlandiyanın "The Scottish Sun" nəşrinə istinadən yaydığı xəbərə görə, Ağdam klubu Şotlandiyanın "Sent Mirren" klubunun qapıçısı Vaçlav Xladki ilə maraqlanır. Çempionlar Liqasında mübarizə aparacaq Azərbaycan çempionunun onu komandanın bir nömrəli qapıçısı kimi almaq istədiyi vurğulanıb. Xəbərdə "Qarabağ"ın çexiyalı qapıçını bir müddətdir izlədiyi və onu almaq üçün maddi cəhətdən problem yaşamayacağı bildirilib.
Xladki ilə Ağdam təmsilçisi ilə yanaşı, Moskva "Spartak"ı və İngiltərənin iki klubunun da maraqlandığı iddia olunub. Ancaq "Qarabağ"ın təklif etdiyi məbləğin onun Şotlandiya klubundakı maaşından çox olduğu qeyd olunub. Bu təklifi rədd etməyin çətin olacağı da xəbərdə vurğulanıb.
Qeyd edək ki, Xladki Şotlandiyada pley-off-da "Dandi Yunayted"lə matçda penaltilər seriyasında üç zərbəni dəf edib.
PSJ-də şok itki
Kaxaber Sxadadze bu klubun baş məşqçisi oldu
Baş məşqçi məşqlərin dronla çəkilməsinə qarşı çıxdı
Federasiya prezidentini yalan danışmaqda ittiham etdi
Arteta futbolçularına xəbərdarlıq etdi
Murad Məmmədovun komandasından qələbə
“Qəbələ” “Şəfa”nı belə məğlub etdi - Video
“Mançester Yunayted”dən ayrıla bilər
"Bu işdə tək olmalı deyiləm" - Zaur Həşimov
Meydanda zədələndi, xəstəxanaya aparıldı
“Bu gün qələbəyə layiq olan tərəf biz idik” - Yeton Bekiri
Nadal “Real”da yeni vəzifəyə seçildi
“Qəbələ” “Şəfa”ya, "Turan Tovuz" "Şamaxı"ya qalib gəldi
“Turan Tovuz”un qələbəsindən - Video
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
“Belə hallara yol vermək olmaz” - Kurban Berdiyev