"Orada yaşayan insanlar futbolu sevirlər. Təkcə İngiltərə və Almaniyada deyil, hər yerdə futbolu inkişaf etdirməliyik. Bakıdakı azarkeşlər canlı futbol görmək istəyində haqlı deyillərmi?!"
Qol.az xəbər verirr ki, bu sözləri UEFA prezidenti Aleksandr Çeferin “Der Şpigel” nəşrinə müsahibəsində deyib. Avroliqanın final matçı üçün niyə Bakını seçdiklərini açıqlayan qurum rəhbəri klubların üzləşdiyi problemə də toxunub:
"Klublar birbaşa biletləri geri qaytarıblar, çünki hamısını sata bilməyiblər. Yeri gəlmişkən, mən asan uçuşlar üçün aviabiletlərin olduğunu söylədim. Lakin kimsə bu haqda danışmır. Həmişə UEFA günahkar kimi göstərilir. Bu populizmdir. Hər klubun səyahət edən azarkeşlərini dəstəkləmək üçün konstruktiv təklifi, yaxud fondu olur. Əlbəttə, Bakı Londondan uzaqdır, lakin final üçün yer seçərkən həlledici görüşdə hər iki komandanın İngiltərədən olacağı bilinmirdi".
Çeferin erməni futbolçu Henrix Mxitaryanın Bakıya gəlməməsinə də münasibət bildirib: “Azərbaycan hərtərəfli təhlükəsizlik planı və zəmanət təqdim etdi. Lakin gəlməmək oyunçunun öz qərarı idi”.
Xatırladaq ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununda İngiltərənin "Çelsi" və "Arsenal" klubları üz-üzə gələcək.
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi
Ayxan Abbasov milliyə 27 futbolçu çağırdı - Mezzotero da var
Məşhur klubun prezidenti 6 aylıq cəzalandırıldı
Baş məşqçi 20 ildən sonra klubdan gedir
"Sabah" legioneri ilə yollarını ayırdı