UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə əlaqədar paytaxtın 4 nöqtəsində bilet satışı davam etdirilir.
Bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İnformasiya və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Firuz Abdulla deyib.
Onun sözlərinə görə, satış nöqtələri şəhərin müxtəlif istiqamətlərində fəaliyyət göstərir: "Biletlər "28 Mall", "Port Baku" və "Gənclik Mall" ticarət mərkəzləri və Heydər Əliyev Sarayının kassalarında satılır. Artıq bu günə olan məlumata görə, final oyununa 52 mindən artıq bilet satılıb. Yəni 52 mindən artıq bilet sahibinə təqdim edilib. Onların arasında UEFA-nın sponsorları, əməkdaşlıq etdiyi təşkilatlar var ki, biletlər sahiblərinə çatdırılıb".
F.Abdulla bildirib ki, final oyununa nə qədər azarkeş və turistin bilet aldığı məlum deyil: "Bilet satışının ümumi statistikası aparılır. Amma nə qədər biletin turistə və yerli azarkeşlərə satıldığı məlum deyil".
Xatırladaq ki, mayın 29-da Bakı vaxtı ilə saat 23:00-da Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının final oyunu keçiriləcək. Finalda “Çelsi” ilə “Arsenal” komandaları qarşılaşacaq ("Trend").
PSJ-də şok itki
Kaxaber Sxadadze bu klubun baş məşqçisi oldu
Baş məşqçi məşqlərin dronla çəkilməsinə qarşı çıxdı
Federasiya prezidentini yalan danışmaqda ittiham etdi
Arteta futbolçularına xəbərdarlıq etdi
Murad Məmmədovun komandasından qələbə
“Qəbələ” “Şəfa”nı belə məğlub etdi - Video
“Mançester Yunayted”dən ayrıla bilər
"Bu işdə tək olmalı deyiləm" - Zaur Həşimov
Meydanda zədələndi, xəstəxanaya aparıldı
“Bu gün qələbəyə layiq olan tərəf biz idik” - Yeton Bekiri
Nadal “Real”da yeni vəzifəyə seçildi
“Qəbələ” “Şəfa”ya, "Turan Tovuz" "Şamaxı"ya qalib gəldi
“Turan Tovuz”un qələbəsindən - Video
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
“Belə hallara yol vermək olmaz” - Kurban Berdiyev