UEFA-nın mövcud qaydalarına əsasən, Avropa Liqasının qalibi olan komanda növbəti mövsümdən birbaşa Çempionlar Liqasının qrupunda iştirak hüququ qazanır.
Məlumdur ki, mayın 29-da Bakıda keçiriləcək Avropa Liqasının finalçılarından biri – “Çelsi” İngiltərə Premyer Liqasında üçüncü yeri tutduğundan vəsiqəni indidən təmin edib. Digər finalçı “Arsenal” isə 5-ci olub və indiki halda növbəti mövsüm birbaşa Avropa Liqasının qrupunda oynamalıdır.
İngilgərə ÇL-in qrupunda 4 komanda ilə təmsil olunur. Bəzi azarkeşlər güman edir ki, “Çelsi” Avroliqanı udsa, onun vəsiqəsi avtomatik olaraq, turnir cədvəlində 5-ci olan komanda – “Arsenal”a keçəcək. Amma əslində belə deyil. Buna görə də mayın 29-dakı oyun “Arsenal” üçün ikiqat əhəmiyyət daşıyır.
Bu il Çempionlar Liqasının və Avropa Liqasının finalında ingilis klubları üz-üzə gələcək - ÇL-də “Liverpul”la “Tottenhem”, AL-də isə “Çelsi” və “Arsenal”.
ÇL-in əsasnaməsinə görə, finalda qalib komanda həm də daxili çempionatda sözügedən yarışda oynamaq hüququ qazanıbsa, bu halda boşalmış vəsiqə 2017/18 mövsümünün nəticəsinə görə, UEFA reytinqində 11-ci olan ölkənin çempionuna verilir. “Liverpul” və “Tottenhem” daxili yarışda müvafiq olaraq 2 və 4-cü yerləri tutub və ÇL-də oynamaq hüququ qazanıb. Beləliklə, finalda hansı komandanın qalib gələcəyindən asılı olmayaraq, həmin komandanın vəsiqəsi Avstriya çempionu “Zalsburq”a veriləcək (əslində isə bu komanda təsnifat mərhəlsində çıxış etməli idi).
Fransanın da gözü bu oyundadır
Avropa Liqasının qalibinə gəlincə, əgər həmin komanda “Çelsi” olsa, bu halda ÇL üçün boşalmış vəsiqə 2017/18 mövsümünün yekununda UEFA reytinqində 5-ci olan ölkənin (Fransanın) liqasında üçüncü yeri tutan komandaya (indiki halda “Lion”) verilir. Əgər Bakı finalında “Arsenal” qalib gəlsə, o zaman 2019-20 mövsümündə ÇL-in qrupunda məhz bu komanda oynayacaq və İngiltərə həmin yarışda düz 5 komanda ilə təmsil olunacaq.
Əlavə edək ki, ÇL-in əsasnaməsinə görə, həmin yarışda bir ölkədən 5-dən artıq klubun iştirakına icazə verilmir.
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi
Ayxan Abbasov milliyə 27 futbolçu çağırdı - Mezzotero da var
Məşhur klubun prezidenti 6 aylıq cəzalandırıldı
Baş məşqçi 20 ildən sonra klubdan gedir
"Sabah" legioneri ilə yollarını ayırdı