Azərbaycan kubokunun final oyunu unikal hadisə ilə yadda qalıb.
Qol.az xəbər verir ki, "Sumqayıt"la həlledici qarşılaşmada "Qəbələ" Futbol Akademiyası 11 yetirməsi ilə təmsil olunub. Onlardan 8-i "qırmızı-qaralar"ın, 3-ü isə "gənclik şəhəri" təmsilçisinin sifariş ərizəsində olub.
"Qəbələ"dən Elvin Camalov və Bəhlul Mustafazadə əsas heyətdə meydana çıxıbsa, Rövlan Muradov sonradan oyuna daxil olub. "Sumqayıt"da isə Yusif Nəbiyev ilk dəqiqələrdən mübarizəyə qoşulub. Ülvi İsgəndərov isə sonradan meydana girib.
Həmin futbolçuların siyahısını təqdim edirik:
Elvin Camalov ("Qəbələ", əsas heyət)
Bəhlul Mustafazadə ("Qəbələ", əsas heyət)
Yusif Nəbiyev ("Sumqayıt", əsas heyət)
Rövlan Muradov ("Qəbələ", sonradan oyuna daxil olub)
Ülvü İsgəndərov ("Sumqayıt", sonradan oyuna daxil olub)
Qismət Alıyev ("Qəbələ", ehtiyat oyunçu)
Roman Hüseynov ("Qəbələ", ehtiyat oyunçu)
Vüsal Məsimov ("Qəbələ", ehtiyat oyunçu)
Rüstəm Nuruyev ("Qəbələ", ehtiyat oyunçu)
Samir Qurbanov ("Qəbələ", ehtiyat oyunçu)
Baxşəli Baxşalıyev ("Sumqayıt", ehtiyat oyunçu)
"Qəbələ"nin heyətində cəzalı Amin Seydiyev, "Sumqayıt"da isə Ehtiram Şahverdiyevi də daxil etsək, akademiyanın 13 yetirməsi finala qədər irəliləyib.
Qeyd edək ki, Naxçıvanda keçirilən finalda "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub edən "Qəbələ" tarixində ilk dəfə titul qazanıb.
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi
Ayxan Abbasov milliyə 27 futbolçu çağırdı - Mezzotero da var
Məşhur klubun prezidenti 6 aylıq cəzalandırıldı
Baş məşqçi 20 ildən sonra klubdan gedir
"Sabah" legioneri ilə yollarını ayırdı