"Qəbələ"nin hücumçusu Rauf Əliyev Azərbaycan kubokunu qazandıqları matçdan sonra Naxşıvana ezam olunmuş jurnalistlərə müsahibə verib. O, əvvəlcə təəssüratlarını bölüşüb.
- Əlbəttə, böyük sevinc hissləri keçirirəm. "Qəbələ"nin tarixində ilk kuboku qazandıq. Klubumuz neçə illərdi buna yaxın idi, ancaq qazana bilməmişdi. "Qəbələ"nin tarixinə adımı yazdırdığıma görə çox sevinirəm. Bu gün son şansımız idi. Həm kuboku qazanmaq, həm də bununla avrokuboklara vəsiqə qazanmaq baxımından. Bunu bacardıq. Bir daha komandanın bütün üzvləri, hər kəsi təbrik edirəm.
- Oyun necə keçdi? Erkən qol vurmağınız hesabı qorumaq baxımından işinizi çətinləşdirmədi?
- Böyük hesabla qalib gələ bilərdik. Əsasən ilk hissədə 2-3 yaxşı qol epizodumuz vardı. İkinci hissədə özüm fərqlənə bilərdim. Amma alınmadı. İlk qol bəlkə bizim üçün çox yararlı oldu ki, başlayan kimi üstünlük qazandıq. "Sumqayıt" hələ özünə gəlməmişdi. Havaya baxanda çətin oyun gedirdi. Meydançanın da bəzi yerləri bizə çətinlik yaradırdı. Top qalxırdı, ağırlıq vardı. Ancaq əsas odur ki, sonda qələbə qazandıq. hər şey istədiyimiz kimi oldu.
- Oyunun şərltəri əvvəldən sizin üçün çətin başaldı. Bir tərəfdən cəzalılar, xəstələnən Ceyms Adeyinin olmaması, oyunun startına çox az qalmış isə məlum oldu ki, Dmitri Bezotosnı zədələnərək oynamayacaq Bu, psixoloji cəhətdən sizə təsir etmədi?
- Hər şeyə hazır idik, çünki çempionat gedə-gedə də hardasa bu oyuna hazırlaşırdıq. Bilirdik ki, bizim üçün hər şey bu matçdan asılıdır. İtkilərimiz oldu. Ancaq şükür Alllaha ki, onların yerlərində oynayanlar etimadı layqincə doğrultdular. Bugünkü gündə əsas məqsəd kuboku qazanmaq idi, onun da öhdəsindən gəldik. Hər şey əladır.
- Oyunun sonunda özün də zədələndin, hətta başın sarındı...
- Vurğun Hüseynovla hava mübarizəsi başım partladı. Bu, futboldur, olur belə şeylər. Nə edim...
- Kuboku qazanmasınız, indi sevinirsiniz. Bəs, bundan sonrasını düşünsünüz? O mənada klubda müəyyən problemlər var, gələcək taleyi sual altındadı...
- O dərəcədə ciddi problemlər heç vaxt hiss etməmişdik. Həmişə bizə deyilirdi ki, oyunlara hazırlaşın, hər şey yolundadır. Biz də heç nəyə fikir vermədən hər qarşılaşmada oynamışıq. Artıq bundan sonra necə olacağını zamanı gələndə görəcəyik.
- "Qəbələ"ylə müqavilən bitir. Təkiflərin var?
- Bəli.
- Klubdan, yoxsa başqa yerlərdən?
- Başqa təkiflərim var. Hər şey qarşıdakı günlərdə - istirahət vaxtı bilinəcək.(Sportnet.az)
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi
Ayxan Abbasov milliyə 27 futbolçu çağırdı - Mezzotero da var
Məşhur klubun prezidenti 6 aylıq cəzalandırıldı
Baş məşqçi 20 ildən sonra klubdan gedir
"Sabah" legioneri ilə yollarını ayırdı