Ayxan Abbasov “Sumqayıt”dan gedir
“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov komandadan ayrılır.
Qol.az xəbər verir ki, bunu çalışdırıcı özü Azərbaycan kubokunun finalında “Qəbələ”yə uduzduqları oyundan (0:1) sonra “CBC Sport”a açıqlamasında deyib.
“Kuboku qazansaq da, iki gün sonra klub rəhbərliyi ilə görüşüm olacaqdı. Yəqin ki, bu, mənim komanda ilə son oyunum idi” – deyə o qeyd edib.
Abbasov “Sumqayıt”ın Avroliqada çıxış etməyə hazır olmadığını da əlavə edib: "İndiki halda komanda buna hazır deyil. Bunun üçün bir qədər inkişaf etmək lazımdır".
Qeyd edək ki, A.Abbasov ötən ilin noyabr ayından "Sumqayıt"ı çalışdırırdı. Onun komanda Azərbaycan Premyer Liqasında mövsümü 29 xalla 6-cı pillədə başa vurub.