Qazaxıstan Premyer Liqasında 11-ci turun oyunları keçirilir.
Qol.az-ın məlumatına görə, milli komandamızın qapıçısı Emil Balayevin çıxış etdiyi "Tobol" bu gün "Atyrau"nu qəbul edib və 3:0 hesabı ilə qalib gəlib.
Zədəsini sağaldan E.Balayev start heyətdə meydana daxil olub və 90 dəqiqə oynayıb.
Qeyd edək ki, "Tobol" bu qələbədən sonra 23 xalla "Kaysar"la birgə 2-3-cü pillələri bölüşdürür. "Astana" isə 28 xalla liderdir.
32 il sonra ilk dəfə...
Fərid Nəbiyev "İmişli"də
“Sabah”ın potensial rəqiblərinin oyununda kim qalib gəldi?
Dambrauskas: “Bizi çətin səfər gözləyir”