Sabah Azərbaycan kubokunda 2018/19 mövsümünün final oyunu keçiriləcək.
Qol.az-ın məlumatına görə, “Qəbələ” Naxçıvan Muxtar Respublika Stadionunda keçiriləcək görüşdə “Sumqayıt”la qarşılaşacaq. “Qırmızı-qaralar” klub tarixində 4-cü dəfə finalın iştirakçısı olacaq. Ardıcıl 3-cü dəfə həlledici qarşılaşmada oynayacaq “Qəbələ” 2013/14, 2016/17 və 2017/18 mövsümlərində də kubok uğrunda matçda qüvvəsini sınayıb.
Naxçıvanda keçiriləcək matç iki komanda arasında Azərbaycan kuboku çərçivəsində ilk duel olacaq. Ümumilikdə isə “Qəbələ” və “Sumqayıt” 28 dəfə görüşüb. Bütün oyunlar Premyer Liqa çərçivəsində keçirilib. “Qırmızı-qaralar” 17 qələbə qazanıb, 8 heç-heçə edib və 3 dəfə məğlub olub. 47 qol vuran futbolçular 21 top buraxıb. İlk dəfə neytral meydanda üz-üzə gələcək rəqiblər 14 dəfə “Qəbələ”nin, 14 dəfə “Sumqayıt”ın meydanında görüşüb. “Qırmızı-qaralar” evdə 11, səfərdə 6 dəfə qalib gəlibsə, sumqayıtlılar yalnız öz meydanında qələbə qazanıb. 8 heç-heçədən 3-ü “Qəbələ”nin, 5-i rəqibin meydanında gerçəkləşib. Komanda həm öz (26-7), həm də rəqib (21-14) meydandakı top fərqində öndədir (gabalafc.az).
PSJ-də şok itki
Kaxaber Sxadadze bu klubun baş məşqçisi oldu
Baş məşqçi məşqlərin dronla çəkilməsinə qarşı çıxdı
Federasiya prezidentini yalan danışmaqda ittiham etdi
Arteta futbolçularına xəbərdarlıq etdi
Murad Məmmədovun komandasından qələbə
“Qəbələ” “Şəfa”nı belə məğlub etdi - Video
“Mançester Yunayted”dən ayrıla bilər
"Bu işdə tək olmalı deyiləm" - Zaur Həşimov
Meydanda zədələndi, xəstəxanaya aparıldı
“Bu gün qələbəyə layiq olan tərəf biz idik” - Yeton Bekiri
Nadal “Real”da yeni vəzifəyə seçildi
“Qəbələ” “Şəfa”ya, "Turan Tovuz" "Şamaxı"ya qalib gəldi
“Turan Tovuz”un qələbəsindən - Video
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
“Belə hallara yol vermək olmaz” - Kurban Berdiyev