“Zirə” Topaz Premyer Liqasının 2018/19 mövsümündə topladığı 31 xalla çempionatı 5-ci pillədə başa vurub.
Qol.az-ın klubun rəsmi "Feysbuk" səhifəsinə istinadən yaydığı xəbərə görə, dördüncü dəfə Azərbaycanın ən güclüləri sırasında mübarizə aparan “Qartallar” üçün mövsüm ilklə əlamətdar olub. Belə ki, ilk dəfə komanda səfərdə evdəkindən daha çox qol vurub. Mövsüm ərzində rəqib qapılarına 30 dəfə yol tapan “Zirə” öz meydanında 13, rəqib stadionlarında 17 dəfə fərqlənib.
Səfərdəki bu məhsuldarlıq həm də klub tarixinin rekordudur. “Qartallar” heç bir mövsümdə rəqib meydanında bu qədər qol vurmayıb. 2015/16 və 2017/18 mövsümlərində 15 dəfə fərqlənən futbolçular 2016/17 sezonunda meydan sahiblərinin qapısından 11 top keçiriblər.
Qeyd edək ki, “Zirə” cari mövsüm səfərdə bütün komandaların qapısından qol keçirib. “Qartallar” “Sabah”la “Neftçi”yə 4, “Keşlə”yə 3, “Qarabağ”la “Səbail”ə 2, “Sumqayıt”la “Qəbələ”yə 1 qol vurublar.
————————————————
PSJ-də şok itki
Kaxaber Sxadadze bu klubun baş məşqçisi oldu
Baş məşqçi məşqlərin dronla çəkilməsinə qarşı çıxdı
Federasiya prezidentini yalan danışmaqda ittiham etdi
Arteta futbolçularına xəbərdarlıq etdi
Murad Məmmədovun komandasından qələbə
“Qəbələ” “Şəfa”nı belə məğlub etdi - Video
“Mançester Yunayted”dən ayrıla bilər
"Bu işdə tək olmalı deyiləm" - Zaur Həşimov
Meydanda zədələndi, xəstəxanaya aparıldı
“Bu gün qələbəyə layiq olan tərəf biz idik” - Yeton Bekiri
Nadal “Real”da yeni vəzifəyə seçildi
“Qəbələ” “Şəfa”ya, "Turan Tovuz" "Şamaxı"ya qalib gəldi
“Turan Tovuz”un qələbəsindən - Video
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
“Belə hallara yol vermək olmaz” - Kurban Berdiyev