Əvvəlcə məsələnin məğzi – “Qarabağ” fanatları üçün 700 bileti oyunçular atışıb alıblar. Bəli, bəli. Məhz atışıb alıblar. Daha da dəqiqi, futbolçular onlara çatacaq çempionluq mükafatının müəyyən hissəsindən imtina ediblər.
İndi isə detallar...
Futbol üzrə ölkə çempionatının son oyununda ev sahibi olan “Neftçi” biletə 50 manat qiymət qoydu. Niyə, nə məqsədlə? Məni bu sualların cavabı qəti maraqlandırmır. Məni maraqlandıran “Qarabağ” fanatlarının bu oyunda doğma komandaya dəstək verməsinə yaradılan şərait idi. Və bu şərait yaradıldı.
Oyuna çox az bir vaxt qalmış qəbul edilən bu qərar doğrudan da ciddi narazılıq yaratdı. Heç kim bu qərarı təqdir etmədi. Sonradan baş verənlər elə bir durum yaratdı ki, hətta “Neftçi” fanatları da bu qərara görə öz doğma klubunu qınadı.
Bu yerdə bir haşiyəyə də çıxım. “Neftçi”nin biletin qiyməti ilə bağlı qərarı elan olunandan sonra müxtəlif təkliflər səsləndi. Onlar arasında diqqətimi çəkənlərdən biri tanınmış PR mütəxəssisi Nəsimi Paşayevdən gəldi. Nəsimi Paşayev “Qarabağ” fanatlarına oyuna getməməyi və “Qarabağ”ın doğma meydanında iri monitorlarda oyunu izləməyi və çempionluq sevincini də məhz bu meydanda qeyd etməyi təklif elədi. Bunun üçün təmənnasız lazımı köməyi əsirgəməyəcəyini də bildirdi.
Bu qısa müddət ərzində gərginlik yaşayan “İmarət” Azad Azarkeş Qrupu oyunu boykot etmək barədə məsələni müzakirə etdi. Amma “Qarabağ”ın düşərgəsindən gələn zəng hər şeyi dəyişdi.
Onlar “İmarət”çiləri oyuna çağırdı: “Siz gəlin. Bilet məsələsi həll olacaq”.
Kluba güvənən fanatlar çox düşünmədi.
Amma vaxt darlığı və yaradılan daha bir problem hər şeyi alt üst edə bilərdi.
Futbolçulardan daha əvvəl klub lazım olan qədər bilet almaq üçün rəqibə müraciət edir. Hazırda “Qarabağ”da maliyyə əməliyyatları qanuna uyğun olaraq rəsmi qaydada, nağdsız həyata keçirildiyindən biletin pulunu köçürmə yolu ilə və ya kartla ödəməyə hazır olduğunu bildirir. Amma “Neftçi” nağd pul istəyir. "Qarabağ"ın bu yöndəki bütün cəhdlərini "Neftçi" süni yolla əngəlləyir. Vaxt isə daralır...
Bu dar macalda kimin təşəbbüsü olub bilmirəm. Amma təklif olunub ki, oyunçular, loru dildə desək, atışıb fanatlar üçün bilet alsınlar. Təbii ki, Qurban Qurbanov başda olmaqla hamı bu təşəbbüsü dəstəkləyib. Yerli oyunçular da, əcnəbilər də. Yerindəcə toplanan pul 700 biletə çatır. Bu biletlərin 500-ü “İmarət”in payına düşür. Yerdə qalanı isə digər fanatlara paylanır.
Vəssalam...
Onu da deyim ki, “700 bilet” əməliyyatı barədə informasiya verməmək barədə razılaşılır. Amma mən bu razılaşmanı pozdum. Allahdan gizli deyilsə, bəndədən niyə gizlədək. Günah oldusa, mənim boynuma yazılsın.
Asəf QULİYEV
"Torpedo" bizdən daha hazırlıqlı idi" - Rəşad Sadıqov
"Sürpriz hazırlamışdıq, amma "Zirə" çox güclü rəqib çıxdı"
“Zirə”dən ilk oyunda böyükhesablı qələbə
“Qarabağ”ın “Vestri” hazırlığından - Şəkillər
İsveçrə millisinin qapıçısı rəqiblərini üstələdi
FİFA Fransanın şikayətini rədd etdi
Qurban Qurbanovdan Elvinlə bağlı açıqlama
"Real" Vinisius üçün son tarix müəyyənləşdirib
“Zirə” - “Torpedo”: Heyətlər
Poqba "Monako"dan gedə bilər
Raşford "Mançester Yunayted"ə qayıdır
"Kəpəz" Ehtiram Şahverdiyevlə yolları ayırdı
"Beşiktaş"dan yeni transfer - Rəsmi
Zlatko Daliç də millidən getdi
"İmişli"dən günün 3-cü transferi
Roberto Martinez Portuqaliya millisindən getdi
Futbolçularımızın Qırğızıstan seçimi - 5 oldu
Meydana girib Messi ilə dava etmək istədi - Video
Blindin "Ayaks"a dördüncü gəlişi
İbrahimoviçlə yeni müqavilə imzalandı
Məşhur futbolçunun oğlu “İnter”də
"İmişli" Bəxtiyar Həsənalızadəni transfer etdi
Azərbaycanı avrokuboklarda bu komandalar təmsil edəcək
72 il sonra yenidən 1/4 finalda
Azərbaycan növbəti böyük idman yarışına hazırlaşır
Dünya çempionatları tarixinin 3000-ci qolu
Messi: "Özümə çox əsəbiləşmişdim"
32 il sonra ilk dəfə...
“Hakimlikdən danışsam, böyük problem yaşayacağam”
Fərid Nəbiyev "İmişli"də
Penaltilər seriyası, İsveçrənin qələbəsi - Video
Arbeloa bu klubun baş məşqçisi təyin olundu - Rəsmi
DÇ-2026: 1/4 finalın bütün cütlükləri
Sonuncu 1/4 finalçı İsveçrə oldu - Yenilənib
Çempionlar Liqasında yeni mövsümə 10 oyunla start verildi
"Sabah"ın ÇL-də ilk oyunu və qələbəsi - Video
Bombardirlik yarışında son vəziyyət - DÇ-2026
Argentinadan möhtəşəm geridönüş - Video
Güləşçimiz erməniyə qalib gəlib Avropa çempionu oldu
“Sabah”ın potensial rəqiblərinin oyununda kim qalib gəldi?