Yaxın 24 saat ərzində UEFA erməni futbolçu Henrix Mxitaryanın Bakıya mümkün səfəri zamanı təhlükəsizliyinin hansı səviyyədə qorunacağı ilə əlaqədar “Arsenal” klubunun müraciətinə cavab verəcək.
Qol.az-ın xəbərinə görə, bu haqda Böyük Britaniyanın “Evening Standard” nəşri məlumat yayıb.
Bildirilib ki, Azərbaycana viza alması üçün Mxitaryana xüsusi razılıq veriləcək. Bununla belə, “Arsenal” futbolçunun təhlükəsizliyi ilə bağlı əlavə tədbirlər görülməsini xahiş edib.
“Arsenal”la UEFA arasında danışıqlar davam edir. Adətən, London klubu səfər matçlarına öz mühafizəçiləri ilə yollanır. Amma bu dəfə “Arsenal” komandanın Bakı səfəri zamanı və futbolçuların qalacağı otelin ətrafında mühafizənin gücləndirilməsi üçün əlavə asayiş keşikçilərinin olmasını istəyib. Bu, Mxitaryanın sərbəst hərəkət etməsi üçün edilib”.
Qeyd edək ki, bir müddət əvvəl “Arsenal” bəyanat yayaraq bildirib ki, futbolçularının təhlükəsizliyi onlar üçün birnömrəli əhəmiyyət daşıyır. “Biz Henrix Mxitaryanın Bakıda təhlükəsizliyi üçün UEFA-dan təminat istəyirik. Bu, futbolçunun komandanın sifariş ərizəsinə salınması baxımından vacibdir. Bizə lazım olan təminatı hələ almamışıq. Ümid edirik ki, UEFA yaxın günlərdə bu təminatı bizə verəcək. Biz final üçün seçilən yerə görə Mxitaryanın həlledici qarşılaşmanı buraxa biləcəyindən narahatıq”.
AFFA, Azərbaycanın Gənclər və İdman Nazirliyi isə Mxitaryan da daxil olmaqla finalın bütün iştirakçılarının təhlükəsizliyinə təminat verib.
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi
Ayxan Abbasov milliyə 27 futbolçu çağırdı - Mezzotero da var
Məşhur klubun prezidenti 6 aylıq cəzalandırıldı
Baş məşqçi 20 ildən sonra klubdan gedir
"Sabah" legioneri ilə yollarını ayırdı