"Avropa Liqasının finalı kimi tədbirə ev sahibliyi etmək Azərbaycan, xüsusən də Bakı şəhəri üçün çox gözəl imkandır".
Bunu Bakıda səfərdə olan Fransa milli komandasının sabiq futbolçusu Rober Pires deyib. Keçmiş yarımmüdafiəçi bildirib ki, finalda Londonun iki komandası - "Arsenal" və "Çelsi"nin qarşılaşması xüsusi məqamdır. Pires həlledici qarşılaşmada "Arsenal"a azarkeşlik edəcəyini bildirib: "Çünki karyeramın 6 ilini bu klubda keçirmişəm. Eyni zamanda bu komandada səfir kimi fəaliyyət göstərirəm. Finalda oynamaqla yanaşı, "Arsenal"da bu titulu qazanmasını gözləyirəm".
Fransalı veteran oyunçunun fikrincə, Bakı Londondan elə də uzaq deyil: "İki şəhər arasında təyyarə ilə cəmi 5 saatlıq yol var. Bu, həm "Arsenal", həm də "Çelsi" azarkeşləri üçün yeni ölkə və şəhəri kəşf etmək baxımından yeni imkandır".
Pires Bakı Olimpiya Stadionunda keçiriləcək final matçının təşkilati işləri ilə yaxından maraqlandığını da vurğulayıb: "Final matçına sponsorlardan birinin nümayəndəsi kimi cəlb olunuram. Azərbaycanlı azarkeşlərin futbol sevgisinə bələdəm. Stadion böyükdür. Hər iki komanda azarkeşləri üçün final matçının çox maraqlı keçəcəyinə inanıram".
Qeyd edək ki, Rober Pires 2000 - 2006-cı illərdə çıxış etdiyi "Arsenal"ın heyətində 2 dəfə İngiltərə çempionu (2001/2002, 2003/2004) və Federasiya Kubokunun qalibi (2002/2003, 2004/2005), eləcə də Çempionlar Liqasının finalçısı (2005/2006) olub. Fransa millisinin heyətində isə o, dünya (1998) və Avropa çempionu (2000), Konfederasiyalar Kubokunun 2 qat qalibi (2001, 2003) adını qazanıb. (Report)
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi
Ayxan Abbasov milliyə 27 futbolçu çağırdı - Mezzotero da var
Məşhur klubun prezidenti 6 aylıq cəzalandırıldı
Baş məşqçi 20 ildən sonra klubdan gedir
"Sabah" legioneri ilə yollarını ayırdı