"Qarabağ"ın bolqarıstanlı yarımmüdafiəçisi Simeon Slavçev ölkəsinin "gong.bg" saytına müsahibə verib. Qol.az-ın məlumtına görə, Ağdam klubunun heyətində qazandığı çempionluqla bağlı təəssüratlarını açıqlayan futbolçu komandada qalıb-qalmayacağına da aydınlıq gətirib.
- Sizi çempionluq münasibətilə təbrik edirəm. Ölkə xaricində titul qazanmaq necə hissdir?
- Bu, mənim ilk çempionluğumdur. Özümü unikal hiss edirəm. Komanda ilə həftəlik məşqlər və bütün oyunlarla birlikdə mövsüm ərzində çəkdiyimiz əziyyətin bəhrəsini gördük. Bu mükafat bizim səylərimizin qarşılığıdır. Mənim üçün isə həqiqətən çox xoşdur. Çünki buna qədər çempion olmamışdım. Ötən il "Apollon"la Kipr kubokunu qazananda çox sevinmişdim. Ancaq çempionatda qalib olmaq - bu, tamam fərqli duyğudur. Bir neçə il öncə "Sportinqlə də kubok qazanmışdım. Amma bəzi hadisələr həmin vaxt o sevinci tam yaşamağa mane olmuşdu. Ona görə də indi özümü daha xoşbəxt hiss edirəm.
- Mövsümün şirin anlarını xatırlayanda "Arsenal"la oyunlar da yada düşürmü?
- Əslində biz Avropa Liqasında həqiqətən çətin qrupa düşmüşdük. "Qarabağ" son 7 ildə daim avrokubokların iştirakçısı olub. Hətta birində Çempionlar Liqasının qrupuna yüksəlməyi də bacarıb. Bu mövsüm "Arsenal" və "Sportinq" kimi güclü rəqiblərlə ağır qrupda yer almışdıq. Təəssüf ki, heyətdəki xoşagəlməz itkilərə görə yaxşı rəqiblərlə matçlarda nəticələr qənaətbəxş olmadı. "Arsenal" və Sportinq"lə qarşılaşdığımıza görə gözəl hisslər yaşadım. Ümid edirəm ki, növbəti mövsümdə yenə avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanıb, nəhəng klublarla qarşılaşacağıq və özümüzü ən yaxşı tərəfdən göstərəcəyik.
- Son həftələrdə Azərbaycan mətbuatında "Qarabağ"dan ayrılacağınızla bağlı xəbərlər dolaşır. Nəsə qaydasında getmir?
- Belə bir şey yoxdur, heç bunu şərh etməyə də dəyməz. Mən "Qarabağ"ın bir parçasıyam, hec yerə getmirəm. Klubla daha 2 illik müqaviləm var. İlk vaxtlarda mənə uyğunlaşmaq üçün bir az zaman lazım idi. Orada hamı ailə kimidir. Hər kəs mehriban və dostcanlıdır. Bu isə məni həm xoşbəxt edir, həm də sevindirir. Özümü daha yaxşı tərəfdən göstərib, komandanın növbəti çempionluğu qazanmasına kömək etmək istəyirəm.
- Azərbaycan və Bolqarıstan çempionlatlarını səviyyə və oyun üslubu baxımından necə müqayisə edərdiniz?
- Hər həftə birinci liqanın oyunlarına baxsam da, onları müqayisə etmək çətindir. Azərbaycan çempionatı 8 komanda ilə keçirilir. Ancaq orada təşkilati məsələlər daha yüksək səviyyədədir. Stadionlar kiçik olsa da, futbol üçün əlverişlidir. Azarkeşlərə gəldikdə isə düşünürəm ki, bu barədə ölkələr bir-birinə oxşayır. Çempionatın səviyyəsini şərh edə bilmərəm. Yalnız onu deyə bilərəm ki, mənim çıxış etdiyim "Qarabağ" topa daha çox sahib olmaqla, baxımlı və kombinasiyalı oyun göstərir.
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi
Ayxan Abbasov milliyə 27 futbolçu çağırdı - Mezzotero da var
Məşhur klubun prezidenti 6 aylıq cəzalandırıldı
Baş məşqçi 20 ildən sonra klubdan gedir
"Sabah" legioneri ilə yollarını ayırdı