"Əslində bombardirlik ikinci planda idi. Çünki bu, əvvəlcədən məlum idi. Sadəcə, bu gün "Neftçi"yə uduzmağımızı istəmirdim. Onlara qalib gəlməyin həzzi başqadır. Çünki bu, derbidir. Sevinirəm ki, qalib gəldik və çempion olduq. Çempion ola bilməsəydik, əziyyətimiz yerdə qalacaqdı. Komandamız bunun üçün çox əziyyət çəkmişdi".
Bu sözləri "Qarabağ"ın futbolçusu Mahir Mədətov Azərbaycan Premyer Liqasının 28-ci turunda səfərdə "Neftçi"yə 3:2 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərə müsahibəsində deyib.
- Qış fasiləsindən sonra oyununuzda irəliləyişlər nə ilə əlaqədardır?
- Ailə problemlərim artıq heç kimə sirr deyil. Hər şeyin başında bu durur. Sadəcə, gördüm ki, iş burdadır, ailə burdadır. Tənzimləmək istəyirdim. Amma gördüm ki, həm ordan, həm də burdan oluram. Kapitanımız Rəşad Sadıqova və baş məşqçimiz Qurban Qurbanova bu haqda danışdım. Onlar da dəstək olduqdan sonra oyunumda artıma nail oldum.
- Mövzudan söz düşmüşkən, sosial şəbəkələrdə paylaşılan şəxsiyyət vəsiqəsi sizə məxsusdur?
- Bəli. Babamın adı Emrelini özümə soyad götürmüşəm. Bu, anamın soyadı deyil. Babam yarı avar, yarı azərbaycanlı olub. Ailəmizdə bu soyad bir dayım oğlunda, bir də məndədir.
- Bu problem gələcək karyeranıza psixoloji təsir göstərməyəcək?
- Xeyr. Mənim vəzifəm anamın, bacımın yanında olmaq idi. Bundan sonra da belə olacaq. Onlara sahib çıxmalıyam. Sadəcə, hər şey ani olduğu üçün şok keçirdim.
- Adətən, belə problemlər olduqda futbolçuda eniş baş verir. Amma sizdə bu cür hal müşahidə olunmadı...
- Eniş getsəydi, anam və bacım çox pis olardılar. Gözlərini mənə dikiblər, onlar üçün çox vacibəm. Eləcə də onlar mənim üçün. Çalışıram ki, öz işimlə onları da sevindirim.
- Qızıl medalı da onlara həsr edirsiniz?
- Hər şeyi. Çempionluğu da, bombardirliyimi də.
- Gələcək mövsüm formanızda "Emreli" yazılacaq?
- Xeyr, Mahir. Artıq soyad məsələsini unudaq.
- Mövsümün gedişində Yunanıstan AEK-inə keçəcəyinizə dair xəbərlər yayılmışdı...
- Bunu yeni mövsümdə görəcəyik. Ola bilər ki, xaricə üz tutum. Avropada yaxşı klub, oynaya biləcəyim yer olsa, canla-başla gedərəm. AEK isə məni hələ "Kopenhagen"ə qalib gələrək, Çempionlar Liqasının qrupuna vəsiqə qazandığımız vaxt istəyirdilər. Son olaraq, rəsmi təklif göndərdikləri vaxt mövsümün ikinci hissəsinə 3 gün qalırdı, "Neftçi" ilə oyuna hazırlaşırdıq. Hələ "Qarabağ"la 1 illik müqaviləm var. Ən böyük problem transfer haqqıdır.
- Sizcə, AEK lazımi məbləği verməz?
- Verər. Sadəcə, fikirləşirlər ki, Azərbaycan çempionatıdır. Amma bir nüans da var ki, Avropada nadir hallarda eyni klub ard-arda 5 il avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanır. "Qarabağ" kiçik yox, hörmətə layiq klubdur. Ona görə də klubumun məndən ötrü transfer məbləği istəməyə tam haqqı çatır.
- Son oyunlarda "Qarabağ"ın lideri kimi görünürdünüz...
- Bunu hiss etmisinizsə, nə xoş mənə.(sportnet.az)
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi
Ayxan Abbasov milliyə 27 futbolçu çağırdı - Mezzotero da var
Məşhur klubun prezidenti 6 aylıq cəzalandırıldı