"Çempionatın son oyununu qələbə ilə başa vurmağımız bizə bir pillə yuxarı qaldıracaqdı. Bu baxımdan, qalibiyyət bizim üçün önəmli idi. Hava şəraitini də nəzərə alsaq, ilk yarıda bizə çətin oldu. Amma uşaqlar sonadək mübarizə apardılar. Qalib gələrək çempionatı istədiyimiz kimi başa vurduq. Hər kəsi təbrik edirəm".
Qol.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov evdə "Qəbələ"yə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının 28-ci tur matçından sonra keçirilən mətbuat konfransında deyib. 38 yaşlı mütəxəssis "Qəbələ" ilə mayın 19-da Naxçıvanda keçirəcəkləri ölkə kubokunun final matçına hazırlaşacaqlarını bildirib:
"Cəmi bir oyunumuz qalıb. Yenə rəqib "Qəbələ"dir. Bizi həqiqətən də çətin oyun gözləyir. Çünki təcrübəli komandaya qarşı oynayacağıq. Bu, mövsümün ən vacib oyunu olacaq".
Abbasov final matçında oruc tutmalarının futbolçulara problem yaratmayacağını bildirib: "Futbolçular peşəkardırlar. Böyük klublar, hətta Çempionlar Liqasındakı komandalar belə futbolçulara sərbəstlik verirlər. Qərarı özləri qəbul etməlidirlər. İnanıram ki, böyük problem olmayacaq".
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi
Ayxan Abbasov milliyə 27 futbolçu çağırdı - Mezzotero da var
Məşhur klubun prezidenti 6 aylıq cəzalandırıldı